» » "Qızıl kitab"a düşən Fidan -

"Qızıl kitab"a düşən Fidan - İlk klipini təqdim etdi

Bölmə: Xəbər, Şou, MANŞET, GÜNDƏM
"Qızıl kitab"a düşən Fidan -

Prezident İlham Əliyevin sərəncamı ilə Azərbaycanın gənc istedadlarının “Qızıl kitabı”na adı düşən Fidan Hüseynova ilk klipini təqdim edib.

Xalqİnfo” "Qafqazinfo"a istinadən xəbər verir ki, 10 yaşlı ifaçı “Tell me Why” adlı musiqi əsərinə klip çəkdirib.

Fidan ekran işində mahnını xalq artisti, dirijor Teymur Göyçayevin rəhbərliyi altında uşaq kamera orkestrinin müşayiəti ilə səsləndirib.

Ranar Hüseynovun aparıcılıq etdiyi təqdimat mərasimində layihənin rejisssoru Ülviyyə Könül, xalq artisti Teymur Göyçayev, Fidanın təhsil aldığı T.Quliyev adına 12 nömrəli Onbirillik Musiqi Məktəbinin direktoru Gülnarə Səfərova, əməkdar artist Aybəniz Haşımova və qızı Aynişan Quliyeva iştirak edib.

Onlar gənc sənətçi barədə fikirlərini səsləndiriblər.
Təqdimat mərasiminə balaca sənətçinin atası, iş adamı Yaqub Hüseynov və anası Ülviyyə Həsənova da qatılıb.

"Qızıl kitab"a düşən Fidan -
"Qızıl kitab"a düşən Fidan -
"Qızıl kitab"a düşən Fidan -
"Qızıl kitab"a düşən Fidan -
"Qızıl kitab"a düşən Fidan -
"Qızıl kitab"a düşən Fidan -
"Qızıl kitab"a düşən Fidan -
"Qızıl kitab"a düşən Fidan -
"Qızıl kitab"a düşən Fidan -

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler