» » Pakistanda polis kollecinə hücum - 59 ölü, 100 yaralı + Yenilənib

Pakistanda polis kollecinə hücum - 59 ölü, 100 yaralı + Yenilənib

Bölmə: Xəbər, BLOK XƏBƏR, MANŞET
Pakistanda polis kollecinə hücum - 59 ölü, 100 yaralı + Yenilənib
Pakistanın Bəlucistan əyalətində silahlıların polis kollecinə hücumu nəticəsində ən azı 20 nəfər yaralanıb.

XalqInfo” xarici KİV-ə istinadən xəbər verir ki, Bəlucistan Polis İdarəsi silahlıların 6 nəfər olduğunu bildiriblər. Onlar Kvetta şəhəri yaxınlığındakı polis təlim mərkəzinə hücum ediblər.

Atışma nəticəsində 6 polis yaralanıb. Digər yaralıların isə qaçarkən xəsarət aldığı qeyd edilib.

Silahlıların 200 nəfəri əsir götürdüyü, 250 nəfərin isə xüsusi təyinatlılar tərəfindən azad olunduğu bildirilib.

***

XalqInfo”nun “TASS”a istinadən məlumatına görə, hücum zamanı 2 polis əməkdaşı ölüb. 51 nəfər isə yaralanıb.

Hadisə yerində 3 partlayış baş verib.


***

XalqInfo” Türkiyə mətbuatına istinadən xəbər verir ki, hadisə yerinə 2 hərbi helikopter göndərilib. Ölənlərin sayı 4-ə çatıb.

Qeyd edək ki, Kvetta şəhərinin 13 km məsafədə yerləşən polis kolleci 2006-cı və 2008-ci illərdə də hücuma məruz qalıb.

***

XalqInfo” “Dawn”a istinadən xəbər verir ki, əməliyyatlar başa çatıb.

Polisdən verilən məlumata görə, 3 terrorçu məhv edilib. Hücum zamanı 20 nəfər ölüb, 65 nəfər yaralanıb. Bütün girovlar azad edilib.

***

XalqInfo” “The Assosiated Press”ə istinadən xəbər verir ki, naməlum silahlıların polis kollecinə hücumu nəticəsində ölənlərin sayı 33-ə çatıb.

Məlumata əsasən, xəsarət alanların sayı 100-dən artıq ola bilər.

***

XalqInfo” “TASS”a istinadən xəbər verir ki, polis kollecinə hücum zamanı ölənlərin zamanı sayı 59-a çatıb. Bu barədə “Sinxua” agentliyi məlumat yayıb.

Əlaqə üçün E-mail: Xalqinfo@mail.ru

Şəfa Rasimqızı
Xalqİnfo.az

Pakistanda polis kollecinə hücum - 59 ölü, 100 yaralı + Yenilənib
Pakistanda polis kollecinə hücum - 59 ölü, 100 yaralı + Yenilənib
Pakistanda polis kollecinə hücum - 59 ölü, 100 yaralı + Yenilənib

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler