» » “Ölkəniz dünyada böyük nüfuz qazanıb” - Putindən Əliyevə

“Ölkəniz dünyada böyük nüfuz qazanıb” - Putindən Əliyevə

Bölmə: Xəbər, BLOK XƏBƏR, MANŞET, GÜNDƏM
“Ölkəniz dünyada böyük nüfuz qazanıb” - Putindən Əliyevə
Rusiya prezidenti Vladimir Putin dövlət müstəqilliyinin bərpasının 25-ci ildönümü ilə əlaqədar prezident İlham Əliyevə təbrik məktubu göndərib.

Xalqİnfo” AzerTac-a istinadən xəbər verir ki, təbrikdə deyilir:

“Hörmətli İlham Heydər oğlu.

Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının 25-ci ildönümü münasibətilə səmimi təbriklərimi qəbul edin.

Ötən 25 il ərzində sosial-iqtisadi və elmi-texniki inkişafın aktual məsələlərinin həllində Azərbaycanın qazandığı uğurlar hamı tərəfindən etiraf edilir. Sizin ölkəniz dünya arenasında haqlı olaraq böyük nüfuz qazanıb.

Məmnuniyyətlə qeyd edirəm ki, möhkəm mehriban qonşuluq və qarşılıqlı hörmət ənənələrinə əsaslanan Rusiya-Azərbaycan münasibətləri strateji tərəfdaşlıq ruhunda dinamik inkişaf edir. Əminəm ki, bütün istiqamətlərdə ikitərəfli konstruktiv əlaqələri birgə səylərimizlə bundan sonra da möhkəmlədəcək, habelə beynəlxalq məsələlərdə səylərimizi daha sıx əlaqələndirəcəyik.

Hörmətli İlham Heydər oğlu, sizə səmimi qəlbdən möhkəm cansağlığı, rifah və uğurlar, bütün Azərbaycan vətəndaşlarına sülh və firavanlıq arzu edirəm”.

Əlaqə üçün E-mail: Xalqinfo@mail.ru

Şəfa Rasimqızı
Xalqİnfo.az


Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler