» » Son iki ayda Azərbaycandan mühacirətə gedənlərin sayı açıqlandı — ŞOK FAKTLAR

Son iki ayda Azərbaycandan mühacirətə gedənlərin sayı açıqlandı — ŞOK FAKTLAR

Bölmə: Xəbər, BLOK XƏBƏR, MANŞET, GÜNDƏM
Son iki ayda Azərbaycandan mühacirətə gedənlərin sayı açıqlandı — ŞOK FAKTLAR
Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərimli “Azadlıq” radiosunun əməkdaşı Xədicə İsmayılova ilə birgə mühacir biznes fəaliyyətinə başlayıb.

Xalqİnfo.az-ın Avropa İttifaqının Azərbaycandakı Nümayəndəliyindən əldə etdiyi məlumata görə, Əli Kərimli və Xədicə İsmayıl son iki ay ərzində 10-a yaxın şəxs üçün müvafiq sənədlər hazırlayaraq, onları Avropa İttifaqına üzv olan ölkələrə mühacir kimi göndərib. Hətta, sözügedən şəxslərə getdikləri ölkələrdə qalmaq üçün müvafiq təminat da verilib. Bunun müqabilində isə Əli Kərimli və Xədicə İsmayıl mühacirliyə getmək istəyən hər 1 nəfər üçün 10 min manat vəsait tələb edib və alıb. Bu şəxslər həmin vəsaiti öz aralarında bölmək üçün müvafiq razılığa da gəliblər. Bu baxımdan da AXCP-nin beynəlxalq təşkilatlar və Avropa ölkələrinin səfirlikləri ilə əlaqələrini Xədicə İsmayıl qurur və koordinasiya edir.

Digər fakt isə ondan ibarətdir ki, hazırda Azərbaycanda mühacirlik statusu almaq istəyən şəxslərin 70 faizinə Əli Kərimli və Xədicə İsmayıl, yerdə qalan 30 faizinə isə Müsavat partiyası və Azərbaycan Demokrat Partiyası (ADP) nəzarət edir.

Son vaxtlar Müsavat partiyası ilə Xədicə İsmayıl arasında yaşanan “soyuqluq” da məhz bu biznes maraqlarından irəli gəlir. Çünki Xədicə İsmayıl Müsavat, ADP və digər bu kimi siyasi partiyaları beynəlxalq və xarici təşkilatlara “hakimiyyətyönümlü partiyalar” kimi təqdim edir. Nəticədə isə həmin partiyaların göndərdiyi şəxslər əksər hallarda mühacir kimi qəbul edilmir, yaxud da böyük çətinliklər yaşayır.
Son iki ayda Azərbaycandan mühacirətə gedənlərin sayı açıqlandı — ŞOK FAKTLAR





Onu da bildirək ki, Milli Şuranın və Müsavat partiyasının sentyabr ayında təşkil etdiyi mitinqlərdə iştirak edən şəxslərdən 50-yə yaxını mühacirlik statusu almaq üçün yuxarıda adları sadalanan şəxslərə müraciət edib. Müraciət edənlərdən adambaşına 10 min manat pul tələb olunduğu üçün, onların bir çoxunun mühacirlik arzusu hələ reallaşmayıb.

Əlaqə üçün E-mail: Xalqinfo@mail.ru

Şəfa Rasimqızı
Xalqİnfo.az


Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler