» » Sürüşmə zonalarında vəziyyət kəskinləşdi

Sürüşmə zonalarında vəziyyət kəskinləşdi

Bölmə: Xəbər, DÜNƏNDƏN-BUGÜNƏ, GÜNDƏM
Sürüşmə zonalarında vəziyyət kəskinləşdi
Son zamanlar yağan yağışlar cənub-şərq, xüsusilə şərq rayonlarındakı sürüşmə zonalarında vəziyyəti xeyli kəskinləşdirib.

Xalqİnfo.az xəbər verir ki, Azərbaycan Milli Elmlər Akademiyasının Coğrfaiya İnstitutunun direktor müavini Elbrus Əlizadə APA-ya deyib ki, sürüşmə zonalarında gözəçarpan fəallıq müşahidə olunur və sürüşmə fəal inkişafdadır.

Quba, Xaçmaz, Şamaxı, İsmayıllı, Bakı, Lənkəranda daha güclü yağışlar yağdığını deyən direktor müavini “Bu da o deməkdir ki, vəziyyət pisdir, belə davam edərsə, nəticə daha da pis olacaq və vəziyyət xeyli çətinləşəcək. Son günlər Zığ, Qaraçuxur, Masazır, Şamaxı, Qobustan, İsmayıllı, Ağsu, Xızı, Şabran, Siyəzən, Lənkəran, Lerik, Qusar, Yardımlıda sürüşmə sahələrində fəallaşma var idi. Yağışlar intensiv damam edir. Bəlkə də bu gün orada yolların bir hissəsi bağlanacaq. Bu yağışlardan sonra vəziyyət daha da pis olacaq”, - deyə bildirib.

Əlaqə üçün E-mail: Xalqinfo@mail.ru

Şəfa Rasimqızı
Xalqİnfo.az


Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler