» » Yeni inşa edilən yol 20 min əhalinin gediş-gəlişini asanlaşdıracaq

Yeni inşa edilən yol 20 min əhalinin gediş-gəlişini asanlaşdıracaq

Bölmə: Xəbər, GÜNDƏM
Yeni inşa edilən yol 20 min əhalinin gediş-gəlişini asanlaşdıracaq
Sabirabad rayonunun Suqovuşan-Qaralar-Qəfərli-Əhmədabad-Nərimankənd-Həşimxanlı avtomobil yolunun tikintisi uğurla davam etdirilir.

Tikinti işləri “AzəravtoyolASC tərəfindən texnoloji ardıcıllığa riayət olunmaqla və yüksək keyfiyyətlə aparılır.

43 km uzunluğunda və əvvəllər torpaq-çınqıl örtüklü olan yola hazırda 2 qat olmaqla asfalt-beton örtük döşənir. Layihə çərçivəsində avtomobil yolu 4-cü texniki dərəcəyə uyğun olaraq yenidən qurulur. 2 hərəkət zolaqlı olmaqla yolun hərəkət hissəsinin eni 6 metr, hər bir istiqamət üzrə çiyinlərin eni isə 2 metr təşkil edir. Yolun ümumi eni ( yol yatağı ) 10 metrdir.

Suqovuşan-Qaralar-Qəfərli-Əhmədabad-Nərimankənd-Həşimxanlı avtomobil yolunun 19 km-lik hissəsində artıq tikinti işləri tam olaraq yekunlaşdırılıb. Hazırda yolun 10 km-lik hissəsində yenidənqurma işləri aparılır.

Layihəyə uyğun olaraq yol yatağının yararsız qruntu qazılaraq çıxarılır, yerinə karbonat materialı tökülərək kipləşdirilir. Daha sonra qum-çınqıl və optimal qırmadaş qarışığından ibarət yol geyiminin əsasının tikintisi işləri aparılır. Hazır olan hissələrə isə yeni asfalt-beton örtük döşənir. Ümumilikdə 43 km-lik yolun 258 min m2 sahəsinin asfaltla örtülməsi nəzərdə tutulub.

Tikinti işləri çərçivəsində yol boyu 5 ədəd avtomobil körpüsü təmir edilir, 35 ədəd su keçidi və su borusunun tikintisi işləri də aparılır. İşlər bitdikdən sonra yol boyu zəruri olan yerlərdə avtobus dayanacaqlarının qoyulması və yol nişanlarının quraşdırılması, həmçinin yolun xətlənməsi işləri aparılacaq.

Qeyd edək ki, Suqovuşan-Qaralar-Qəfərli-Əhmədabad-Nərimankənd-Həşimxanlı avtomobil yolunun tikintisi Azərbaycan Respublikası Prezidentinin Sərəncamı əsasında aparılır. Avtomobil yolu 20 min əhalinin yaşadığı 10 yaşayış məntəqəsini birləşdirməklə kənd təsərrüfatının inişafına, yük və sərnişin daşımasının asanlaşmasına gətirib çıxaracaq.

Əlaqə üçün E-mail: Xalqinfo@mail.ru

Şəfa Rasimqızı
Xalqİnfo.az


Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler