» » Xocalı dəhşətləri Cenevrədə anıldı

Xocalı dəhşətləri Cenevrədə anıldı

Bölmə: Xəbər, BLOK XƏBƏR, MANŞET, GÜNDƏM
Xocalı dəhşətləri Cenevrədə anıldı
Cenevrənin Grand Kempinski mehmanxanasında 120 diplomatın, QHT nümayəndələrinin, tədqiqatçıların və Azərbaycan diasporası üzvlərinin iştirakı ilə Xocalı faciəsinin qurbanlarına həsr olunmuş anım tədbiri keçirilib.

"Xalqİnfo" “Qafqazinfo”-a istinadən xəbər verir ki, tədbir Azərbaycanın Cenevrədəki BMT Bölməsi və digər beynəlxalq təşkilatlar yanında Daimi Nümayəndəliyi və Avropa Azərbaycan Cəmiyyətinin (TEAS) Paris nümayəndəliyinin birgə əməkdaşlığı şəraitində tərəfindən təşkil edilib.

Anma tədbirində kinematoqrafiya sahəsində dünyanın ən nüfuzlu mükafatlarının qalibi olan “Endless Corridor” (“Sonsuz Dəhliz”) sənədli filmi nümayiş etdirilib və “Khojaly Witness of a War Crime – Armenia in the Dock“ (“Xocalı Müharibə Cinayətinin Şahidi – Ermənistan Müttəhim Kürsüsündə”) kitabının Cenevrə təqdimatı keçirilib.

Avropa Azərbaycan Cəmiyyətinin Fransa Nümayəndəliyinin direktoru Mari-Laetitia deyib: “Həmin dövrün hərbi rəhbərlərindən biri olan Serj Sarqsyan, indiki Ermənistan prezidentidir. Bu kütləvi insan qırğını hələki Ermənistan tərəfindən tanınmamasına baxmayaraq, qətliamın baş verməsini təsdiq edən inkarolunmaz faktlar mövcuddur. Gəlin Xocalı qırğını, keçmişdəki və indiki bütün müharibələrin qurbanlarını anaq. Ümid edirik ki, yaxın gələcəkdə bu münaqişə beynəlxalq hüquqa söykənmiş ədalətli sülhlə həllini tapacaq, Ermənistan və Azərbaycanın qonşu olaraq sülh şəraitində yaşamasına imkan verəcək”.

Əlaqə üçün E-mail: Xalqinfo@mail.ru

Şəfa Rasimqızı
Xalqİnfo.az


Xocalı dəhşətləri Cenevrədə anıldı
Xocalı dəhşətləri Cenevrədə anıldı

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler