» » Xaləddin İsgəndərov sakinlərə ayrılmış pulu mənimsədi...

Xaləddin İsgəndərov sakinlərə ayrılmış pulu mənimsədi...

Bölmə: Xəbər, DÜNƏNDƏN-BUGÜNƏ, BLOK XƏBƏR, MANŞET, GÜNDƏM
Xaləddin İsgəndərov  sakinlərə ayrılmış pulu mənimsədi...
Xaləddin İsgəndərov dövlətin sakinlərə ayırdığı pulu mənimsəyir

Binəqədi rayonu, Xocahəsən qəsəbəsi, Motodrom yeni yaşayış massivinin sakinləri etiraz aksiyası keçiriblər.

Belə ki, "Avtovağzal" metrostansiyasının depo ərazisinə düşən 65 evin sökülməsi nəzərdə tutulub.

Xalqİnfo.az xəbər verir ki, Musavat.com-un məlumatına görə, 100-ə yaxın sakin qəsəbənin mərkəzində toplaşıb, narazılıqlarını ifadə ediblər. Onlar mənzillərinə veriləcək olan kompensasiyanın azlığından şikayətçidirlər: "Metronun "Avtovağzal" stansiyasının ərazisinə düşən 65 evin sökülməsi nəzərdə tutulub. Biz bunun əleyhinə deyilik. Ancaq mənzillərimizin hər kvadratmetri üçün verilən kompensasiya çox azdır. 10 gün əvvəl Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərovun qəbuluna getdik, bizi qəbul etmədi. İcra nümayəndəsi ilə xəbər yolladı ki, mənzillərinin kvadratmetri 600 manatdan hesablanacaq. Kompensasiyanın az verilməsinin səbəbkarı icra başçısıdır”.

Sakinlər onu da bildirdilər ki, məsələ ilə bağlı iki gün əvvəl Prezident Adminstrasiyasına ərizə ilə müraciət ediblər. Müraciət kompensasiyanın azlığı ilə bağlı olub. Məktuba cavab olaraq bildirilib ki, kompensasiyanın 500 manatdan hesablanması mümkün deyil və bu problemə baxılacaq.(Ölkə.az)

Əlaqə üçün E-mail: Xalqinfo@mail.ru

Şəfa Rasimqızı
Xalqİnfo.az


Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler