» » Gürcüstanın ən iri investoru hələ də -

Gürcüstanın ən iri investoru hələ də - Azərbaycandır

Bölmə: Xəbər, DÜNƏNDƏN-BUGÜNƏ
Gürcüstanın ən iri investoru hələ də -
Azərbaycan bu ilin birinci yarısında Gürcüstana 283 milyon dollar investisiya yatırıb ki, bu da birbaşa xarici sərmayələrin ümumi həcminin 34 faizini təşkil edir. Beləliklə, Azərbaycan Gürcüstanın ən iri investoru olaraq qalır.

XalqInfo” Azərtac-a istinadən xəbər verir ki, bu barədə Gürcüstanın Milli Statistika Xidmətinin məlumatında deyilir.

İkinci yerdə Böyük Britaniya 108 milyon dollar (13 faiz), üçüncü yerdə isə Türkiyə 85 milyon dollar (10,2 faiz) qərarlaşıb. Cari ilin birinci yarısında Gürcüstanda birbaşa xarici sərmayələrin həcmi 834 milyon dollar təşkil edib.

Hesabat dövründə ən çox investisiya nəqliyyat və rabitə sahəsinə qoyulub - 377 milyon dollar. Gürcüstan iqtisadiyyatına yatırılan birbaşa xarici investisiyaların ümumi həcminin 45 faizi nəqliyyat və rabitənin payına düşür.


Əlaqə üçün E - mail: Xalqinfo@mail.ru

Xalqİnfo.az

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler