» » "Laçınsız Laçınımızı bu məktəbdə yaşatmaq istəyirik..." -


"Laçınsız Laçınımızı bu məktəbdə yaşatmaq istəyirik..." - Gülsüm Məhərrəmova

Bölmə: Xəbər, Mədəniyyət, SÖHBƏT
"Laçınsız Laçınımızı bu məktəbdə yaşatmaq istəyirik..." -
Laçın şəhər 1 saylı musiqi məktəbinin direktoru xanım Gülsüm Məhərrəmovanın Xalqİnfo.az-a Müsahibəsini təqdim edirik:


- Salam hər vaxtınız xeyir, Gülsüm xanım.

- Xoş gördük.

- Çox şad oldum ki, sizinlə görüşdük.

- Çox sağolun.

- Gülsüm xanım istərdim ki, ilk öncə məktəbiniz haqqında məlumat verəsiniz.

- Məktəbimiz - Laçın şəhər 1 nömrəli uşaq musiqi məktəbi- 1966-cı ildə Laçında fəaliyyətə başlamışıq. Bu ilk dəfə Laçında fəaliyyət göstərib, sonradan 1992-ci ildə qaçqınlıq, məcburi köçkünlük bizim həyatımıza yazılıb o vaxtdan sonra Bakı şəhərində müxtəlif ünvanlarda məktəbimiz öz fəaliyyətini davam etdirib. Hal hazırda isə 2010-cu ildən bəri Nizami rayonunda yerləşirik. Məktəbimizdə çalışan müəllimlərin əksəriyyəti vaxtilə Laçında işləyən müəllimlərdir. Bizlə çiyin-çiyinə işləyən gənc kadrlarımız isə vaxtilə bizim dərs keçdiyimiz şagirdlərimizdir. Bu özü bizim üçün böyük fəxrdir. Böyük bir müəllim ordusu burda işləyir və onlar məktəbimizdə təhsil alan 205 tələbənin gələcəydə xeyrli bir vətəndaş, Vətənə layiqli bir fərd kimi yetişmələri üçün, həm də musiqi zövqlərini tam əhatə edə bilmək üçün əllərindən gələni əsirgəmirlər.

- Təşəkkür edirəm. Hər il müxtəlif təhsil ocaqlarından yüzlərlə məzun ali məktəblərə qəbul olurlar. Bununla bağlı rəhbərlik etdiyiniz məktəbdə vəziyyət necədir?

- Bəli, məzunlarımız Asəf Zeynallı adına musiqi kollecinə, Bülbül adına orta ixtisas məktəbinə qəbul olub təhsillərini davam etdirirlər. Həmçinin Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinə də oxumaq üçün üz tuturlar. Məzunlarımızdan Fidan Süleymanzadə universitetə çox yüksək balla daxil olub, orda təhsilini bitirdikdən sonra hal-hazırda Asəf Zeynallıda təhsil alır. Bax belə fəxr olunası şagirdlərimiz çoxdur.

- Bugün Azərbaycan dövlət olaraq günü gündən inkişaf edir. Bilirik ki, inkişaf edən ölkələr içərisində bu günki Azərbaycan mədəniyyətininin əsasının qoyulmasında Ulu öndərimiz Heydər Əliyevin rolu böyükdür. Mədəniyyətimizin inkişafını necə dəyərləndirirsiniz?

- Hər bir xalqın ümidi, pənahı onun prezidentidir. Bizim Vətənimizin də yaradıcısı,memarı ulu öndərimiz cənab Heydər Əliyevdir. Onun uzaq görən siyasətinin işığı bir Günəş kimi bizi- Azərbaycanı işıqlandırdı. Hər bir ziyalı vətəndaş bunu çox gözəl bilir. Biz indi hamımız bir yumruq kimi birləşərək Vətənimizin inkişafına öz töhvəmizi veririk. Laçın musiqi məktəbinin kollektivi də bax bu ideyalarla, onun göstərdiyi yol ilə getməyi özünə borc bilir. 24 illik məcburi köçkünlük həyatı yaşayır bizim laçınlılar. Müharibə şəraitindəyik, ancaq biz bunu demək olar heç hiss etmirik. Bunun hamısı isə bizim prezidentimizin, onun qoyduğu ənənələrin və onun yolunu belə uğurla davam etdirən İlham Əliyevin siyasətinin nəticəsidir. Bunlar hamısı bütöv bir xalqın qurtuluşudur. Biz də onun yolu ilə getməyi özümüzə şərəf bilirik. Həmçinin azərbaycanın birinci xanımı Mehriban Əliyeva. O, öz zərif çiyinlərində görün nə qədər ağır yük daşıyır. Azərbaycanın musiqisini, mədəniyyətini dünyaya tanıtmaq bu çox çətin bir işdir. Bizim Muğamımızı, sazımızı artıq bütün dünya tanıyır, bilir. Bax bunlar hamısı Mehriban xanımın musiqimizə göstərdiyi qayğıdır.

- Gülsüm xanım, bəs şagirdlərin bilik və bacarıqlarının artırılmasında Laçın rayon İcra Hakimiyyətinin başçısının nə kimi xidmətləri var? Istərdim bu haqqda danışasınız.

- Əslində biz icra hakimiyyətinin qayğısını hər zaman hiss edirik və buna görə də onlara öz dərin minnətdarlığımızı bildiririk. Hələ 2015-ci il aprel ayında ulu öndər Heydər Əliyevin 92-ci il dönümünə həsr olunmuş elmi-bədii konfrans keçirdirdik. Bu ərəfədə İcra başçımız Aqil müəllim həm YAP-ın sədri idi, həm də Laçın İcra hakimiyyətində müavin idi. Bu tədbir haqqında biz onu əvvəlcədən məlumatlandırmışdıq. İnandırıram sizi, bizim hər məşqimizdə o da gəlirdi və hər bir xırda detalla özü şəxsən maraqlanırdı. Bu qayğı bizi o qədər həvəsləndirirdi ki, artıq hər şeyə daha da həvəsli hazırlaşırdıq.
"Laçınsız Laçınımızı bu məktəbdə yaşatmaq istəyirik..." -






- Hər il ölkəmizdə gənclərlə bağlı kompleks layihələr və tədbirlər keçirilir. Sizin təmsil etdiyiniz tədirs mərkəzinin bu tip layihələrdə payı varmı?

- Respublikamızın Mədəniyyət və Turizm Nazirliyi xətti ilə keçirilən beynəlxalq səviyyəli musiqi festivalları, rəsm sərgiləri mədəniyyətimizi dünya xalqlarına tanıdır. İdman yarışları, dünya liderlərinin iştirakı ilə keçirilən siyasi görüşlər Vətənimizi dünyada tanıdır. Bizdə nazirliyin xətti ilə xor müsabiqələri keçirilir. Bu yaxınlarda Habil Əliyevin adı ilə bağlı kamança müsabiqəsi oldu və həmin yarışda bizim məktəbi iki tələbə təmsil etmişdi. Nazirliyin qayğısını biz hər mövzuda hiss edirik. Çatışmayan bütün avadanlıqlarla bizi hər zaman təmin edirlər.

- Sonda istərdim ki, sonuncu sualımı sizə ünvanlayım. Gələcək plan və perspektivləriniz, gözləntilərini, qarşıda duran əsas məqsəd və vəzifələriniz haqqında məlumat verməyinizi istərdik.

- Gələcəklə bağlı əsas planımız ancaq və ancaq çalışmaqdır. Biz- Azərbaycan qadınları hər zaman əzmkar və zəhmətkeş olmuşuq. İstədiyimiz nədir? Əlbəttə ki, xalqımıza layiqli övladlar yetişdirməkdir. Mən bir ziyalı xanım kimi bu idarəyə rəhbərlik edirəmsə burda təhsil alan bütün uşaqları elə yetişdirməliyik ki, onlar hər tərəfli olsunlar. Həm musiqi savadları olsun,həm də vətənə layiqli olsunlar. Biz də öz təhsilimizi onlara göstərməliyik. Mən kimdən örnək götürə bilərəm?- Birinci xanımımız Mehriban Əliyevadan. Çünki o, gecə-gündüz ancaq vətənimiz üçün,xalqımız üçün, Azərbaycanımız üçün çalışır. Biz də onların arxasınca getməliyik, onlara kömək olmalıyıq. Dünyada hansı prezidentin həyat yoldaşı işləyir?- bu ancaq bizdədir. O çalışır ki, musiqimizi və mədəniyyətimizi dünyaya tanıtsın. Eləysə biz də şagirdlərimizə gözəl təhsil vermək, festivallarda layiqli iştirak etmək, Laçınsız Laçınımızı bu məktəbdə yaşatmaq istəyirik. Baxmayaraq ki, məktəbimizdə təhsil alanların əksəriyyəti laçınlılardır, bölgələr bölmürəm mən, amma bununla bilirsiniz nə qədər fəxr edirəm, qürur duyuram. Bilmirəm bəlkə də ona görə ki, onlar Laçın olmasa da onun ətrini almaq istəyirlər. Biz də Laçınsız Laçınımızı bu məktəbdə yaşatmaq istəyirik. Budur bizim planımız, istəyimiz. Dövlətimizə, xalqımıza xidmət.

- Çox sağolun. Sizə uğurlar arzulayıram işinizdə. Gələcəkdə məktəbinizin səsi hər zaman yüksəklərdən gəlsin.

- Mən də minnətdarlığımı bildirirəm başda rəhbəriniz Tural Məmmədov olmaqla Şəfa xanım sizə və bütün Xalqİnfo.az Xəbər Portalının idarə heyətinə.


Gözəl Ələkbərli

Əlaqə üçün E-mail: Xalqinfo@mail.ru

Xalqİnfo.az


Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler