» » Bakıda Kempo üzrə Avrasiya çempionatı keçiriləcək

Bakıda Kempo üzrə Avrasiya çempionatı keçiriləcək

Bölmə: Xəbər, Idman
Bakıda Kempo  üzrə Avrasiya çempionatı keçiriləcək


"Xalqinfo"-ya daxil olan məlumata əsasən Oktyabrın 16-da Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin, Şərq Döyüş Növləri Federasiyaları Assosiasiyasının dəstəyi və "Toğrul" şərq əlbəyaxa döyüş növləri və təkmübarizlik sənəti klubunun təşkilatçılığı ilə Bakıda Kempo Full və Kempo Submission (Grappling Gi) üzrə Avrasiya çempionatı keçiriləcək.
Azərbaycan Kempo Federasiyası mətbuat xidmətinin rəhbəri Fuad Rəsulun verdiyi məlumata görə, çempionatda Avropa və Asiya dövlətlərindən olan idmançıların iştirakı gözlənilir. Çempionat artıq ikinci dəfə olaraq Bakıda təşkil olunur.
Qeyd edək ki, Avrasiya Çempionatı Şağan Olimpiya İdman Kompleksində keçiriləcək.
Giriş sərbəstdir.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler