» » "Qarabağ nə qədər cənnətdirsə bir o , qədərdə cəhənnəmdir"-İbad Hüseynov

"Qarabağ nə qədər cənnətdirsə bir o , qədərdə cəhənnəmdir"-İbad Hüseynov

Bölmə: Xəbər, SÖHBƏT, BLOK XƏBƏR, MANŞET
"Qarabağ nə qədər cənnətdirsə bir o , qədərdə cəhənnəmdir"-İbad Hüseynov
Azərbaycanın Xalq Qəhramanı,ermənilərin qənimi İbad Hüseynov "Xalqinfo"-ya müsahibə verib.
Olduqca maraqlı müsahibəni sizlərə təqdim edirik.

Salam Ibad müəllim. İbad Hüseynov üçün Vətənpərvərlik nə deməkdir?

Bilirsiniz necədir? Vətənpərvərlik dövlət deməkdir,torpağına sahib çıxmaq deməkdir.
Bizim cəmiyyətdə çoxları bilmir vətənpərvərlik nədir.Vətənpərvərlik sel deməkdir,tufan deməkdir,güc deməkdir,Vətənpərvərlik hissi ən böyük gücdür. Silhın hərbi texnikanın olması kifayət etmir ,biz düşünməliyik ki, əsas vətənpərvərlikdir. Vətənpərvərlik olmasa vətəndən söhbət gedə bilməz.Mənim üçün Vətənpərvərlik qeyrət deməkdir,ana,bacı deməkdir,namus deməkdir.
Bizim Qarabağ kimi dərdimiz var,mən həmişə deyirəm o torpaqları qeyrətli vətənpərvər oğlanlar azad etməlidir. Qarabağ nə qədər cənnətdirsə bir o , qədərdə cəhənnəmdir.Yəni biz düşünməyək Qarabağ yalnız cənnətdir, Qarabağ həmdə cəhənnəmdir.Biz bir xalq olaraq erməni işğalında olan torpaqlarımızı azad etmək üçün cəhənnəmə düşüb cənnətə qayıtmalıyıq. Ali Baş Komandan İlham Əliyev döyüş əmri versə bu döyüşdə oğlanlarımız şəhid olacaq.Bu torpağ uğrunda olacaq. Ona görə də biz o qədər vətənpərvər olmalıyıq ki, düşmən torpaqlarımızı qoyum qaçsın.Çox adam vətənpərvərlikdən qorxur.
Mən bunu göstərmişəm ki, güllə mənə deymədi,ölməmişəm, sağam qorxmaq lazım deyil.Ermənilərə döyüşdə öndə gedirdim kəşfiyyata gedəndə ancaq qələbə məqsədi ilə gedirdim.

Əsasən hansı istiqamətlərdə döyüşürdünüz?

Xocəvənt istiqamətində döyüşmüşəm,Füzuli kəndlərində döyüşmüşəm, Ağdamın kəndlərində döyüşmüşəm. Əsa Xocəvəntdə döyüşmüşəm. Döyüşdə bir balaca uğur az olanda qışqırırdım.
Bir məsələni danışım ,axşam döyüşdü ermənilər bizim kəndi atəşə tutdular durmadan bir nəfər salyan rayonundan Böyükkişi adlı əsgərimi itirdim şəhid oldu.Rəhmətlik parça-parça oldu.Ayağının biri qalmışdı ağacda yanırdı.Bu hadisə hamı ruhdan düşdü dedilər döyü olmayacaq,dedim olacaq.Mən dedim qisasımızı almalıyıq. Ermənilərin yüksəklikdə bir postu vardı,uşaqlara dedim arxamca gəlin ara məsafəniz çox olsun.Minaya düşəndə itkilərimiz çox olmasın.Bu yerdə 5 metr getmişdim arxadan partlayış səsi gəldi,arxaya çönüb baxdım gördüm bizim əsgərlərin hamısı yaralanım erməni postuna da cəmi 50 metr qalıb təxmini,yaralı əsgərlərin hamısı məni çağırır mən getmədim çünki qisası almayıdım. Uşaqların birinin qrantomuyotun götürdüm tək hucuma keçdim.Üç nəfər qalmışdıq Səxavət,Ədalət bir də mən.Səxafət əlin qoydu minanın üstünə bilmədən minə sifətin apardı.Burda 10 erməni öldürdüm və postu tutdum,2 gün ermənilərin sığınacağında qaldım.Çörək pendir də yedim.Burda ermənilər məni mühasirəyə aldılar.İnanmırdılar ki, mən burda təkəm.Dağın üstündə təpə vardı orada gizlənmişdim,hiss etdim ki, burda məni öldürəcəklər.Gizləndiyim yerə mərmi,mina topladım sonra biraz aralaşdım ermənilər yaxınlaşda birinci gülləyə mərmini vurub partlatdım ermənilərin başı qarışanda öz tərəfimizə keçdim.Torpağı qucaqlayıb yatdım..

İbad Hüseynov erməni terrorçusu Monte Melkonyanı necə məhv etdi?

Mənim bir deputat dostum var ,deyir Suriyada yaman baş kəsirlər dəyəsən İbad sən mod salmısan. Melkonyanın o cür ölməyin ermənilər qəbul etmir ancaq biz onu məhv etdik.Bu terrorçunu ermənilər qəhraman hesab edirlər.Bizim özümüzdə də bu yönlü insanlar var istəyirlər ermənilərə dəstək olsunlar.Mən dana bilmərəm Melkonyanın başın kəsməmişəm,kəsmişəm yanımda da 13 nəfər əsgər olum onlarında çoxu indi də yaşayır.

Bu təcrübəli terrorçunu necə tutdunuz sizi düşmən görmədi?

Mənim öz qərargahım vardı,hamı bilirdi ora mənim qərarqahımdı. 40 nəfər 50 nəfər erməni öldürmək qəhramanlıq demək deyil ki, bizim niyyətimiz erməni ordusunu məhv etmək idi.Bilirdilər İbad gəldi ora dağılmalı idi. Döyüşdə bilmirdim döyüşcüyəm,meyit daşıyanam,həkiməm nə olurdu kğmək edirdim vəziyyət ağır idi.
Ağdam rayon MTN rəisi gəldi yanıma dedi ki, bəs Martuni rayonuna Avo adlı bir terrorçu gətiriblər,məhşur terrorçudu bunu mnə dedi.Bu adamın məqsədi kür çayına qədər olan Azərbaycan torpaqlarını almaqdı. Mən kəşfiyyatçı olduğuma görə bu işlərə mən baxırdım.Bir gün Ağcəbədi rayonunun kəndlərinə hucum oldu. Mənə dedilər nəsə et ermənilərin hucumu dayansın,rəhbərlikdən dedilər bizim gücümüz yoxdur.Əsgərlərimi götürüb gəldim Ağcəbədiyə burda yatıb dincəldik.Melkonyanın yerin də tapmaq çətin idi. Axşam saat 8-də yola düşdük , saat 4-də xətti keçdik. Bütün danışıq əlaqəsin kəsdik.Xeyli gəzdik, axtarış apardıq nəticədə Avonun axtardığımız qərargahın tapdıq ,əsas yeri.Gecə qaldıq burda o günü Avonu görə bilmədik.Sabahı günü səhər saat 11 olardı gördük Martunidən sarı uaz maşın gəlir,müşahidə etdik sona gədər gördük getdi bizim aşkar etdiyimiz erməni gərargahına.Mən parçanın üzərində xəritə işləmişdim erməni postların dağıtmaq üçün dediyim xərtə sayıtlarda var. Deməli dediyim Uaz maşını erməni gərargahın yoxladı yarım saatdan sonra qayıdanda muğanlı çayına tərəf gəldi ,maşın çaydan keçə bilmədi,bizdə baxırıq. Ara məsafəmiz 500 metr olar.Gördüm Avo maşından düşdü.Düşməndə olsa həqiqətən cüssəli saaqqallı bir erməni idi. Günorta saat 1 –di Avo çaya tərəf gəldi arxasınca da iki əsgər ,əsgərləri geri qaytardı.Avonun ağlına gəlməzdi İbad Hüseynov bunun qarşısına çıxacaq.Ava düz üstümüzə gəlir, uşaqlar dedi gəlsin keçsin arxadan vuraq.Dedim yox Avoynan üz-üzə çıxacam ,elə dediyim kimi də oldu.Məndə Avtomatnan göydə göyərçinin başından vururdum.Bir gülləm boşa çıxmazdı.Uşaqlara deyirdim boşa güllə atmayın ,hər güllə bir ermənidir.Deməli Avo gəlir ,mən 3 nəfəri özümlə götürdüm qalan uşaqlara dedim gizlənin.Biz Martuni tərəfdən gəlirik Avo da qarşı tərəfdən. Avonun ağlına gəlməzdi ki, bu vaxtı İbad Hüseynov bunun qarşısın kəsəcək.Yol vardı asvalt yol,məndə çılpaq mədənlə əlimdə silah masqalanmış vəziyyətdə Avonun qarşısın kəsdim.Bu dondu qaldı yerində elə bildi erməni əsgərləridi bunla zarafat edir.Rusca Avoya dedim silahı at yenə inanmadı o dərəcədə, azərbaycan dilində dedim silahı at bu anda özün itirdi gördü ki, vəziyyət yaxşı deyil.Avonun da silahı üstündə aslı vəziyyətdədi .Deməli Avo danışa-danışa gəlir üstümə ancaq hiss etmirəm ki, bu peşəkar terrorçu mənə yaxınlaşır. Əlin atdı silahının qoruycusuna elə onda qarın nahiyəsindən bir güllə vurdum .Bu yıxıldı yerə silah 5 metr olardı bundan kənara düşdü,mən bunun üstünə gedəndə silahına tərəf sürünürdü.Çatdım bunun yanına ayağımnan sifətinə güclü zərbə endirdim.Avo gördü heçəedə bilmir başladı yalvarmağa bizim uşaqlarda baxır.Dedim sənin əlin çox türkün qanına batıb.Pıçağı çıxartdım və saçından tutdum mənə türkçə dedi kəsmə,kəsmə ancaq başın kəsdim.Sonra dəhşətli vəziyyət oradan çıxmaq oldu.Təsəvvür edin Avonun başın kəsmişik.Allah bilir oradan necə çıxdıq.Gəldik öz qərargahımıza, aşkar etdiyimiz erməni gərargahının kordinatdarın verdik bizimkilər oranı darmadağın etdilər.Bundan sonra ermənilər çəkildi bir 15 gün səsləri çıxmadı.Mən bir səngər qacdım o səngər indi də durur bizdədi.Komandanlıqdan dedilər ki, səngəri orada qazmayın çəkin arxaya,dedim niyə 10 km torpağ boş qalsın .Nəsə geriyəçəkilmədik erməni ilə o səngərdən aramız çox az idi.Geri çəkilsəydik ermənilər gəlim oranı tutacaqdılar.

İbad müəllim Azərbaycan gəncliyinin vətənə olan münasibətin necə qiymətləndirirsiniz?

Mən bunu həmişə deyirəm vətənpərvər insanlar qorxmurlar, vətənpərvər insanlar ölmürlər yəni ölsələr də ölmürlər.Şəhidlik çox böyükdür.Bunu sözlə demək mümkün deyil.Vətənpər insanlar torpaq üçün, dövlət üçün, ölməyi bacarırlar başqa cürə ölməyi yox.Biz gəncləri vətənpərvər ruhda oyatsaq mən sizi inandırıram ki, bizim nə vətənimizə, nə dövlətimizə ,nə də qeyrətimizə toxuna bilərlər.Vətənpərvərlik sirr deməkdir.O ,insanın içində olur. O görsənən də tufan olur,sel daşır.Biz gənclərimizə bunları arzulayıram.Mən istəmirəm bizim gənclərimiz döyüşdə məhv olsun,mən istəyirəm o qədər vətənpərvər olaq güclənək erməni özü geri çəkilsin.Mən istəmərəm erməni torpaqlarımızı bizə elə-belə versin .Onlar bizdən qorxub o torpaqlardan çımalıdılar onlar diz çökəcək.Bu torpaq namus,qeyrət məsələsidir.Deyəndə deyirik ana vətən,ana dili ,ana.Ancaq 20 ildən artıqdır anamız düşmən tapdağındadır.Vətənpərvərliyimizi oyatmaq və gücləndirmək lazımdır.Ən böyük silah vətənpərvərlikdir.Mən erməni postların dağıdanda gündüzdən deyirdim ki,gəlirəm fılan postunuzu dağıtmağa.Mən gecə gedirdim mənim sirrim gecə başlayırdı.Bunu dediyimə görə hamısı toplaşırdı ki, İbad gələcək.Onda daha çox erməni öldürürdük.Qardaş döyüşdə mən uduzmaq görmədim, qorxmaq görmədim.Bunların hamısının başında dayanan mən dediyim o , vətənpərvərlikdir. Onu oyatmaq lazımdır.Bəzi insanlar mənim döyüşümə şübhə ilə baxırlar,deyirlər ola bilməz,çünki görməyiblər.Mən kəşfiyyata getmişdim ağ masqalanmış vəziyyətdə inanın erməni kəşfiyyatçısı ilə üz-üzə dəydik. Mənim yanımda 15 nəfər döyüşçü vardı.elə bildim ağaca dəydim hava da çox soyuq idi.Erməni kəşfiyyatçısı ilə biraz baxışdıq.Onlar atsa bizim hamımız məhv öləcəkdik.Erməni baxdı-baxdı elə bil Allah kömək oldu eyni vaxtda məndə döndüm erməni də işarə verdik qeri çəkildik o günü xətti keçə bilmədik.Onlar bizdən çox idilər.
Xalq Qəhramanı İbad Hüseynov necə düşünür,Biz gənclər arasında vətənpərvərliyi necə qaldıra bilərik?
Vətənpərvərliyi qaldırmaq asantdır.Mən Türkiyədə oldum mən bağlı yüzlərlə tədbir keçirdilər.Mən hansı tədbirdə oluram orada olan insanlar dəyişir. Bizə ən əziz olan anamızdır rəhmətə gedəndə onu datorpağa qoyanda rahat oluruqki, yaxşı yerə qoyduq.Torpaq müqəddəsdir,bizim namusumuz qeyrətimizdir.Gərək bunu dər edə biləsən.Onu düşünməliyik ki, hara getsək də nə qədər zirvələrə qalxsaq da axırımız torpaqdı.
Biz torpağı 50 il 100 il yeyirik bir gündə torpaq bizi yeyir.

İbad Hüseynov zabit kimi milli ordumuzda niyə xidmət etmədi? Sizin peşəkarlığınızdan əsgərlərimiz yararlanardı.
Mən istəsəydim general olardım.Mən rütbə istəmədim.Mən vətən üçün çalışdım.Erməni öldürmək hələ qəhramanlıq demək deyil.Qəhramanlıq xalqa yaramaqdır.
Hərbi hissələrdə görüşlər keçirirsiz?
Əvvəllər olurdu indi hələ ki, yox yəqin çağırarlar.
Türkiyədə Çanaqqalda tədbir keçirirdik mən çıxırdım danışmağa bir gən dedi qəhraman olar bir sual verim ,dedim buyurun.Dedi baş kəsmək düz işdir? Avonu nəzərdə tuturdu.Dedim qardaşım türkə sataşanın başın kəsməlisən ki, düşmən bilsin ki, türkə toxunmaq olmaz. Zalda hamısı sevindiyindən qışqırdı. Çox yerlərdə mənlə bağlı tədbirlər keçirilib.Açığə bizdə bir azdır.

Hərbi hissələrimizdən görüşlər üçün təkliflər alırsınızmı?

Yox ancaq bəzi tanışlar deyib getmişəm.Biraz utancağam özüm deyə bilmirəm tədbir keçirək.Deyəcəklər özün reklam edir.Gərək məni çağıralar.
Hərdən mənə sual verirlər ki, döyüş vaxtı qız sevdinizmi? Məndə deyirəm ki, mən qadın sevgisi nədi bilmədim.Səmimi deyirəm məndəki sevgi vətən sevgisidir.
Mən əsgərlikdə ancaq çılpaq bədəndə idman edirdim.Yeməyimi qarşıma gətirirdilər.Əsgərlikdə olanda Qarabağ məsələsinə görə oranı dağıdırdım. Buna görə bir dəfə yerimi dəyişdilər,gördülər alınmır məni vaxtımdan 4 ay əvvəl evə buraxdılar.Rus ordusunda bu görünməmiş hadisə idi.

Siz dediniz ki,mən gecə yatmıram. Xalq Qəhramanı İbad Hüseynov oyaq vaxtı nə düşünür?

Mən rahatlıq üçün doğulmadım.Mən əzablar üçün doğuldum. İndi də bədənim ağrayır ancaq dözürəm çünki bu ağrılar vətən ağrılarıdır.
Bir epizod danışım ,deməli yatmırdım anam da narahat olurdu.Bir dəfə yerimi düzəltdim ayaqqabılarımı qoydum yerimə Anam elə bilib yatmışam deyib Allah sənə şükür İbad yatım.Sonradan görüb ki, İbad durmadı gəlib görüb ki, İbad nə gəzir görsənən ayaqqabılardı.Əsgərlərimə deyirdim ki, öndə mən gedəcəm siz ölməyin.Elə mən deyən kimi də oldu Düşdüm minaya əsgərlərim məni çıxartdılar 3 aydan sonra ayıldım ki, xəstəxanadayam.Hərdən bəziləri mənə deyir İbad nə oldu? Məndə deyirem nə oldu Vətən üçün oldu.Dövtətimiz ,vətənimiz ,xalqımız daima var olsun.Arzu edirəm ki, gənclərimiz da ha vətənpərvər olsunlar.Vətənpərvərlikdən qorxmasınlar.Vətini sevmək , qorumaq lazımdır.Sevənlər heç vaxt qorxmur.Vətən üçün atılan addımlar yadda qalan addımlardır.Mən bədənimdəki ağrılarımdan həzz alıram.Çünki bu ağrılar vətən ağrılarıdır. Sağolun.




"Qarabağ nə qədər cənnətdirsə bir o , qədərdə cəhənnəmdir"-İbad Hüseynov


"Qarabağ nə qədər cənnətdirsə bir o , qədərdə cəhənnəmdir"-İbad Hüseynov
"Qarabağ nə qədər cənnətdirsə bir o , qədərdə cəhənnəmdir"-İbad Hüseynov




Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler