» » Keçmiş hakim məhkəmə qarşısında -

Keçmiş hakim məhkəmə qarşısında - Külli miqdarda dələduzluq...

Bölmə: Xəbər
Keçmiş hakim məhkəmə qarşısında -
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən sabiq hakim Fəxrəddin Rzayevin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

"XalqInfo" bildirir ki, "Qafqazinfo"nun prosesdə iştirak edən əməkdaşının verdiyi xəbərə görə, hakim Fikrət Qəribovun sədrliyi ilə keçirilən prosesdə hazırlıq iclası baş tutub.

F.Rzayevin vəkili onun barəsində olan cinayət işinə xitam verilməsi və həbs-qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz olunması üçün vəsatətlər verib.

Məhkəmə kollegiyası müşavirədən sonra qərarı elan edib, vəsatətlərin təmin olunmadığını bildirib.

Hakim deyib ki, F.Rzayev saxlanılmadan öncə 2 il axtarışda olub. Buna görə də onun ev dustaqlığına buraxılması üçün məhkəmədə inam yoxdur.

Qeyd edək ki, Fəxrəddin Rzayev vətəndaşların etimadını qazanaraq dələduzluq əməli törədib. Ona Cinayət Məcəlləsinin 178.3.2-ci ( külli miqdarda dələduzluq) maddəsi ilə ittiham olunur.

Fəxrəddin Rzayev 2000-ci ilə qədər Yasamal rayon Məhkəməsində hakim olub. Sonra öz ərizəsi ilə işdən çıxıb. Eyni zamanda, F. Rzayev bir müddət Bakı Hərbi Məhkəməsində icra şöbəsinə də rəhbərlik edib.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler