» » "Biz İlham Əliyevin əsgərləriyik"


"Biz İlham Əliyevin əsgərləriyik" Müsahibə

Bölmə: Xəbər, SÖHBƏT
"Biz İlham Əliyevin əsgərləriyik"
Bərdə Dövlət İdarəetmə və Texnologiya Kollecinin direktor əvəzi Xaləddin Ələkbərov "Xalqinfo"-ya müsahibə verib.
Həmin müsahibəni sizlərə təqdim ed
irik.

Salam Xaləddin müəllim.Azərbaycanın indiki təhsil sistemi necədir?
Azərbaycan təhsili getdikcə inkişaf edir.Bu işdə Cənab Prezidentimiz İlham Əliyevin xidmətləri təhsilimizin daha da inkişaf etməsinə yönəlib.
Orta ixtisas məktəblərinə diqqət daha da artırılır,eyni zamanda hörmətli nazirimiz Mikayıl Cabbarovun təhsildə apardığı islahatlar bizi çox sevindirir.Mikayıl müəllim yüksək savada,dünya görüşə malik olan, Avropada təhsil alan dövlət adamıdır.Biz bunla qürur duyuruq. Sovet dövründə olan avadanlıqlarla indiki avadanlıq bir deyil.Təhsilimizdə texnologiya,müasirlik getdikcə güclənir.Bütün bunlar Cənab Prezidentimizin xidmətləridir.Sağolsun nazirimiz Mikayıl Cabbarov da bu işi layiqincə yerinə yetirir.Biz bir vətəndaş kimi çox razıyıq.Biz də Bərdə Dövlət İdarəetmə və Texnologiya Kolleci olaraq əlimizdən gələni edirik ki, təhsilimizə,cəmiyyətimizə xidmət edək.Çalışıq ki, bizim kollec təhsilimizə böyük töhfələr versin.

Xaləddin müəllim bilirsiniz ki, milli təhsil sistemimiz var,sizcə başqa kursların açılmasına ehtiyac var? Araz kurslarının bağlanmasına necə baxırsınız?


Respublikamızda kifayət qədər müasir tipli milli məktəblərimiz var, həmdə yüksək təhsilli müəllim potensiyalımız var.Araz kurslarının bağlanmasın alqışlayıram.
Ümumiyyətlə belə kursların olmasına ehtiyac duyulmur,Bu mənim subyektiv fikirimdi.

Araz kurslarında dərnəklər keçirilir.Sizcə burada nədən danışılır?

Mən əvvəl də qeyd etdim bizim kifayət qədər müəllim potensiyalımız var, bu kurslar və odada verilən təlimatlar dövlətçiliyimizə ziddir.Bizim bir dinimiz var İslam dini.Hesab edirəm başqa dini təriqətlərə ehtiyac yoxdur.

Xaləddin müəllim sizin çalışdığınız Bərdə Dövlət İdarəetmə və Texnologiya Kollecində işlər necə gedir?

İşlər normal gedir ,bu il bizim kollecə 113 nəfər qəbul var. TQDK imtahanlarının nəticələrinə uyğun tələbələr qəbul olunacaq. Məndə kollecin direktor əvəzi kim əlimdən gələni edirəm ki, tələbələrimiz yüksək təhsil alsınlar,həmdə Cənab Prezidentimiz İlham Əliyevin təhsillə bağlı siyasətinin icra olunmasına kömək edim.Hörmətli Təhsil Naziri Mikayıl Cabbarovun çıxışların izləyirəm çalışıram qarşımıza qoyulan vəzifələri layiqincə yerinə yetirək.
Bizim Kollec 1978-ci ildə yaranım Ulu Öndərin göstərişi ilə, bizdə çalışırıq ki, yaxşı təhsil verə bilək.

Bəzi gənclərimiz Suriya dövlətin döyüşə gedir.Bunun səbəbi nədir?

Mən bir ziyalı kimi bu məsələyə çox pis baxıram. Bunu edənlər xalqın düşünməlidir,bəzi düşmən qüvvələr gənclərimizin bəzilərin aldadaraq öz tərəflərinə çəkə bilirlər.Biz bundan təssüflənirik. Azərbaycan gəncliyi ağıllı gənclikdir,öz vətəninə,dövlətinə xidmət edir.Azərbaycançılıq ideologiyasına xidmət edir.
Məncə bəzi maarifləndirici tədbirlər keçirilməlidir ki, bir gənc də belə aldanmasınlar.Mənasıs döyüş də özlərin bədibəxt etməsinlər.Bizim döyüş yerimiz Qarabağ da olacaq əyər Cənab Ali Baş Komandanımız əmr versə biz o torpaqlarımızı azad edəcəyik. Düşmən fitnəsinə aldanmaq olmaz.Bir rayon ağsaqqalların dəvət edirik məktəbdə maarifləndirici çıxışlar edirlər ki, gənclər pis yola düşməsinlər.

Sizcə gənclərdə vətənpərvərlik necədi?
Bizim vətənpərvər gənclərimiz çoxdu,az olanlara da təbliğ etməliyik.

Xaləddin müəllim erməni ilə sərhəd rayonda yaşayırsız.Vəziyyət necədi orada?

Vəziyyət əladır.Dərslərdə qaydasında gedir.Müharibə əmrin gözləyirik.Ali baş Komandanımızın əmrin gözləyirik.Biz İlham Əliyevin əsgərləriyik.

Erkən nigahlar artır. Siz bu barədə təbliğat aparırsız?
Biz dərsdən əlavə valideyinlərlə görüşdə sözümüzü deyirik.Tədbirlər təşkil edirik erkən nigahlarla bağlı.Güman edirəm müsbət təsir olur.

Gənclərin Kitaba münasibəti necədi? Kitab oxuyan tələbələr azalır.
Çox sağolun gözəl sualdır. Oxuyan uşaqlarımız var,oxumayan da çoxdu. Sosial şəbəkələrdə faydalı işlə məşğul olmaq lazımdır.

Necə hesab edirsiniz Avropa mədəniyyəti gəncliyə necə təsir edə bilər?


Bizim gənclik bilməlidir ki, milli mədəniyyətimiz var və kifayət qədər böyük mədəniyyətə sahibik.
Milli adət-ənənələrimiz var biz onları qorumalıyıq.Biz avropadan yalnız texnologia məsələlərin öyrənməliyik,müəyyən qədərdə təhsil sistemin.Nümunə üçün mədəniyyətimizdən pay verə bilərik .

Müəllimlərin maaş məsələsindən nə deyə bilərsiz?

Müəllimlərin maaşı bir o qədər də az deyil .Mən düşünürəm ki, yüksək maaşı xüsusi imtahandan uğurla keçən müəllimlər almalıdır.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler