» » “İncəsənətin Səsi” layihəsinin icrasına başlanılmışdır- Xızıda

“İncəsənətin Səsi” layihəsinin icrasına başlanılmışdır- Xızıda

Bölmə: Xəbər, Mədəniyyət
“İncəsənətin Səsi” layihəsinin icrasına başlanılmışdır- Xızıda


Xalqinfo.az-a daxil olan məlumata görə “İncəsənətin Səsi” layihəsinin icrasına başlanılmışdır.

İncəsənət – insanın dünya görüşünü, həyata baxışını zənginləşdirir, həyatını yaxşıya doğru dəyişdirir, insanın ruhunu sakitləşdirir.
Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun 8-ci qrant müsabiqəsində qalib olan “İncəsənətin Səsi” layihəsinin icrasına da məhz gənclərin musiqi zövqünün formlaşdırılması məqsədilə start verilmişdir. 30 Sentyabr 2016-cı il tarixində Xızı rayonunda baş tutan təqdimatda çıxış edən layihə rəhbəri Ümman Rüstəmli Ulu Öndərin dövlət gənclər siyasətinin formalaşmasında olan xidmətlərindən, gənclərə göstərdiyi diqqət və qayğıdan və bu siyasətin Prezidentimiz cənab İlham Əliyev tərəfindən çox uğurla davam etdirilməsindən danışıb.
Layihə rəhbəri bildirdiki bu gün gənclərimizin maariflənməsində, asudə vaxtlarının səmərəli təşkilində dövlətimiz tərəfindən mühüm işlər görülür, Gənclər Fondu qrant müsabiqələrdə bu mövzuya xüsusi yer ayırır, layihələr reallaşdırılır. Buna baxmayaraq region gənclərimizdə incəsənət sahəsinə maraq nəzərəçarpacaq dərəcədə deyildir. Adətən gənclərimiz incəsənətə, musiqiyə yetərincə zamanlarının, musiqi məktəblərinə və dərnəklərinə getmək üçün vaxtlarının olmaması, paytaxtda olan müsabiqələrdə iştirak etmək üçün maddiyətin yoxluğu və məsafə uzaqlığı kimi amillərlə əlaqədəndirilər.
Təqdimatda çıxış edən layihə təlimçisi İ.Ağayev qeyd etdiki, layihə çərçivəsində növbəti təşfiqat xarakterli görüşdə eyni zamanda musabiqə təşkil olunacaq ki, sonda fərqlənən istedadlı gənclər “İncəsənətin Səsi” adlı musiqi festivalında iştirak edəcəklər.

Xalqinfo.az

“İncəsənətin Səsi” layihəsinin icrasına başlanılmışdır- Xızıda
“İncəsənətin Səsi” layihəsinin icrasına başlanılmışdır- Xızıda
“İncəsənətin Səsi” layihəsinin icrasına başlanılmışdır- Xızıda
“İncəsənətin Səsi” layihəsinin icrasına başlanılmışdır- Xızıda
“İncəsənətin Səsi” layihəsinin icrasına başlanılmışdır- Xızıda

Şərh Yaz
ŞƏRH(1)

metanet 14 noyabr 2016 20:10
heri bizzzz
Çit          1

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler