» » Milli VƏ MƏNƏVİ ŞÜUR ƏVVƏL AİLƏDƏ, SONRA DA MƏKTƏBDƏ DAVAM ETMƏLİDİR

Milli VƏ MƏNƏVİ ŞÜUR ƏVVƏL AİLƏDƏ, SONRA DA MƏKTƏBDƏ DAVAM ETMƏLİDİR

Bölmə: Xəbər, SÖHBƏT
Milli VƏ MƏNƏVİ ŞÜUR ƏVVƏL AİLƏDƏ, SONRA DA MƏKTƏBDƏ DAVAM ETMƏLİDİR
Milli VƏ MƏNƏVİ ŞÜUR ƏVVƏL AİLƏDƏ, SONRA DA MƏKTƏBDƏ DAVAM ETMƏLİDİR
Məktəbin nüfuzunu qaldırmaqla, tərdisdə və tərbiyədə inkişafa nail olmaq olar.
Hər bir insanın mənəvi həyatı onun ailəsində aldığı tərbiyə ilə ölçülür.Yeni nəslin milli və mənəvi cəhətdən böyüməsində təhsilin də rolu az deyil. Heç şübhəsiz ki, uşaqların milli və mənəvi ruhda böyümələri üçün həm valideynlərin, həm də təhsil müəssisələrinin üzərinə böyük yük düşür. Təəssüflə, qeyd edək ki, son dövrlər valideynlə məktəb arasında bir narazılıq vardır. Bu narazılıqları yaradan səbəb nədir, kim haqlıdır ,kim haqsız? Valideyn məktəblə əməkdaşlığı az edir. Valideyn uşağının hər hansı bir problemində məktəbi suçlayır. Məktəb isə valideyni məsuliyyətsizlikdə ittiham edir. Bu artıq son illər cəmiyyətdə bir problemə çevrilməkdədir. Xalqinfo olaraq problemin aktullığını nəzərə alıb araşdırmağa başladıq. Artıq bu prosesə start verilib. Biz bu yöndə hər bir tərəfin mövqeyini öyrənməyə çalışırıq. Kimin haqlı, kimin haqsız olmağı vacib deyil, vacib olan odur ki, bütün sivil vasitələrdən istifadə etməklə uşaqlarda milli və mənəvi vətənpərvərlik hislərini artıraq. Bunu indidən etməsək, sonra peşman olacağıq. Axı uşaqlar bizim gələcəyimizdir. Hər birimiz bu məsələyə məsuliyyətlə yanaşmalıyıq. Biz milli və mənəvi tərbiyənin əhəmiyyətini dərk edərək birbaşa məktəblərdə oluruq. Şagird və müəllimlərin fikirlərini öyrənirik. Bu dəfə fikrlərini öyrəndiyimiz müəllim və şagird heyyəti Bakı Şəhəri üzrə Təhsil İdarəsi 218 saylı məktəbin kollektivi idi. Məktəbin direktoru Natəvan Əliyeva rəhbərə məxsus tərzdə bizi qəbul etdi. İstəyimizin bu qədər maraqla qarşılanacağı ağlımıza belə gəlməzdi. Bizim istəyimiz onun ürəyincə oldu. Beləcə, Natəvan müəllimə ilə dərdləşdik. Natəvan müəllimə ilə söhbətimizdə məsələnin aktuallığı özünü açıq şəkildə büruzə verirdi. Natəvan müəllimə, uşaq və gənclərdə milli və mənəvi, vətənpərvərlik ruhu sizi bir məktəb rəhbəri kimi qane edirmi? Qane etməsə də biz öz fəaliyyətimizlə çalışmalıyıq ki, vəziyyətdən çıxış yolları tapaq. Bilirsiniz ailədə və cəmiyyətdə milli və mənəvi şüuru formalaşdırmaq üçün ictimai qınaq olmalıdır. Ailələr müasir olmalıdır. Amma normasında... Müasirlikdən düzgün istifadə etmək lazımdır. Qabaqcıl yeniliklərdən yararlanmaq lazımdır. Biz milli və mənəvi dəyərlərimizə yad olan ünsürlərdən uzaq olmalıyıq. Bəzən görürsən ki, valideyn dolanışıq ucbatından işdən vaxt tapmır ki, uşağın təlim tərbiyəsi ilə məşğul olsun. Sözsüz ki, bu da mənəvi tərbiyəyə təsir edən mənfi amillərdən biridir. Bu gün uşaqlarda mütailə etmək həvəsi yoxdur. Unutmaq olmaz ki, mütailə etməklə insan həm kamilləşir, həm də savadlanır. Biz bu cür maarifləndirici tədbirlər həyata keçirməklə problemin həllinə müəyyən qədər nail ola bilərik. Tədrisdə və tərbiyədə keyfiyyətə nail olmaq üçün mütləqdir ki, təhsil müəssisələrində psixoloji təsir gücü artırılsın. Bəzən görürsən ki, insanlar təhsildən öncə tərbiyəni deyil, təhsili istəyirlər. Burada bir yanlışlıq var. Bu yanlışlıq nədir? İnsan ailədə tərbiyə alır, sonra məkətəbə gəlir. Tərbiyəli şagird tədris prosesində mütləq fərqlənir. Çünki, dərsə mədəni yanaşaraq, dərsi də dərindən mənimsəyir. Yaxşı olar ki, müəllimlər və valideynlər ilk öncə təlim-tərbiyəyə fikir versinlər, tərbiyə işini birinci plana salmaq daha məqsədəuyğundur. Bir də görürsən hansısa şagird 600-bal toplayıb, tərbiyəsi yerində deyil, buna savadlı demək olarmı?.. Məktəb və valideyn münasibətlərinin səmimi müstəvidə olması üçün gərəkdir ki, məktəbin nüfuzu qalxsın, cəmiyyətdə məktəblə bağlı mənfi düşüncə halları aradan götürülsün. Müəllim öz vəzifəsində məsuliyyət hiss etsin, valideyn də öz məsuliyyətini hiss edəndə yuxarıdakı problemlərin tezliklə müsbət həllinə nail ola bilərik. Hesab edirəm ki, bu yöndə KİV-lərlə məktəb əməkdaşlığı vacib rol oynaya bilər. Xalqinfo.az portalı olaraq belə məsələlərə toxunduğunuz üçün sizə minnətdaram. P.S Təşəkkür edirik ,Natəvan xanım, bu həm sizin, həm də bizim borcumuzdur... Natəvan müəllimə bu cür aktual əhəmiyyət kəsb edən məsələdə inkişafa nail olmaq üçün hər bir Azərbaycan vətəndaşının və müəlliminin bu yöndə səylərini vacib sayır. P.S Bir sözlə, Natəvan müəlimə ilə etdiyimiz söhbətdən gəldiyimiz qənaət belə oldu ki, milli və mənəvi ruhun artmasında ailənin savadlı olması, cəmiyyətdə gedən proseslərin düzgün getməsi, müəllimlərin praktiki cəhətdən hazır və savadlı olması və bundan irəli gələn milli və mənəvi ruhu aşılanması və hər bir Azərbaycan vətəndaşının dəstəyi vacibdir ki, uşaq və gənclərdə milli və mənəvi vətənpərvərlik hissləri artsın.
Zamin Zeynal

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler