» » “Azərbaycan xalqının əleyhinə olsa idi heç bir xarici qüvvə buna nöqsan tutmazdı”. – Tural Məmmədovun


“Azərbaycan xalqının əleyhinə olsa idi heç bir xarici qüvvə buna nöqsan tutmazdı”. – Tural Məmmədovun müsahibəsi

Bölmə: Xəbər, Siyasət, MARAQLI, SÖHBƏT
“Azərbaycan xalqının əleyhinə olsa idi heç bir xarici qüvvə buna nöqsan tutmazdı”. – Tural Məmmədovun
Tural Məmmədov "Xalqİnfo.az"-a müsahibəsində referendumla və digər məsələsərlə bağlı sualları cavablandırıb.

- Tural bəy, ictimai-siyasi gənc kimi Azərbaycandakı və dünyada baş verən prosesləri necə dəyərləndirirsiniz?

- Təşəkkür edirəm sualınız üçün. Azərbaycanda ümumi vəziyyət normaldır. Bir vətəndaş olaraq, gənc olaraq biz bu indiki vəziyyətimizi normal qiymətləndiririk və hesab edirik ki, bu sabitlik siyasətinin əsası olan Ulu öndərimiz Heydər Əliyev tərəfindən qoyulub və uğurlu siyasətimiz bu gün də davam edir və bu siyasətin başında Cənab prezident İlham Əliyev durur. Burda da şüphə yoxdur ki, biz uğurlu inkişafa və böyük inkişafa gedirik. Baxmayaraq ki, bəzi daxili və xarici qüvvələr bu sabitliyə, inkişafa kölgə salmaq istəyir. Ancaq onlar bədbəxt adamlardır ki, anlamırlar ki, burada xalqın və ümumi dövlətçiliyimizin ətrafında xalq birdir. Gənclər bu gün Cənab prezidentin ətrafında sıx birləşir. Çünki Azərbaycan gəncliyi ayıq-sayıqdı və müasir düşüncəli gənclər bilir ki, inkişaf haradadır. Düzdür, bəzi beyni zəhərlənmiş gənclər də Azərbaycanın bir qrup şəxsi, özünü müxalifət adlandırdıqları insanların çox az miqdarda gənc, müxalifətin ətrafında 200-300 nəfərlik biket, mitinq keçirirlər. Hesab edirəm ki, bu gənclər də gec-tez ayılıb görəcəklər ki, bunlar düz yolda deyillər.
Ulu öndərimiz deyirdi ki: “Demokratik ölkənin müxalifəti də olmalıdır”. Ancaq müxalifəti, daha bizimkilər kimi xaricdən müəyyən maliyyə alıb onu xərcləmək, yeri göstərmək kimi camaatı yalandan aldadıb 200 nəfər küçələrə çıxartmaq, hələ Azərbaycan müxalifəti demək deyil. Bir məsələni də qeyd etmək istəyirəm ki, ümumi söz demək kifayətdir. 1991-92 ci illərdə indiki özünü müxalifət adlandırdığı isanların siması, əməlləri Azərbaycan xalqına yaxşı bəllidir.

- Bildiyimiz kimi sentyabrın 26-ı Ümumxalq səs verməsi, Referendum keçiriləcək. Bununla bağlı fikirlərinizi bilmək istərdik...

- Referendumda Azərbaycan xalqının seçki məntəqələrinə gedib səs verəcəyi məsələlər, Azərbaycan xalqının inkişafına xidmət edən və eyni zamanda müasir dövrün tələblərinə cavab verən dəyişikliklərdir ki, bu Cənab prezidentin uzaqgörən siyasəti və beynəlxalq siyasi münasibətləri dərindən bilən bir rəhbər kimi bu məsələləri xalq səs verməsi yəni Referendumla bağlı öz dəsti xəttin, istiqamətin düzgün götürür. Azərbaycan gənci kimi hesab edirəm ki, hər birimiz 26 sentyabrda olan Referendum seçkilərində, konstitutsiya dəyişiklikləri ilə bağlı gedib seçki məntəqələrinə öz töhvəmizi vətəndaş olaraq, cəmiyyət olaraq verməliyik. Burada dirnaqarası qüvvələr deyir ki, 18 yaşında deputat olmağı və digər məsələlər qəbul edə bilmərik. Bunlar anlamırlar ki, baxmırlar ki, İngiltərədə və digər ölkələrdə deputatlığın heç yaş həddi də göstərilmir və bəzi qərb ölkələrində yaş həddi 18-di. Ona görə də belə bir qüvvənin gəlməyi qərəzli məsələdir. Referendumla bağlı Azərbaycan xalqı öz sözünü deyəcəkdir – “Bilirik ki, burada düşünülmüş, peşəkar insanlar var. Azərbaycan hökumətinin, dövlətinin başında Ulu öndərimizin layiqli davamçısı İlham Əliyev kimi böyük bir şəxsiyyət durur və böyük şəxsiyyət xalqın pis istiqamətə yönləndirən dəyişiklik etməz, qanunun dəyişməz”.
Burada Azərbaycan xalqı öz sözünü deyəcək. Hesab edirəm ki, Bu Referendumun, seçkilərin nəticələri, Azərbaycan xalqının gələcəkdə daha da inkişafını təmin edən əsas dəyərlərdən,qanunlardan biri olacaq. Bu məsələdə Azərbaycan müxalifətinin, özlərini müxalifət adlandıran bir qrup şəxsin küçələrə müəyyən adamlarla çıxıb ağlına gələni düşmən dərmanına su tökməklə məşğul olmaları, az olan nüfuzlarını daha da aşağılıyır və xalqın gözündən salır. Bir məsələni nəzərinizə çatdırım ki, Emin Milli kimi vətəninə xəyanət etmiş bir insanı müdafiə edən Əli Kərimlidən və onu kimilərdən nə gözləmək olar? Təbii ki, hecnə. Mən Emini mətbuatdan görmüşəm, Bakıdakı xarici səfirliyin birində gizləndi. Təsəvvür edirsiniz? Sonra səfir özü öz ölkəsinə gedəndə bunu da öz samalyotu ilə apardı. Bu gün belə bir insanı və xarici qüvvənin kölgəsində gizlənib ağıla gəlməyən xəyanət əməlləri ilə məşğul olan bir insanı bu gün Azərbaycan müxalifəti az qalır özlərinin qardaşları kimi bilsin, onun müdafiəsinə qalxırlar. Hansı ki, bir insan cinayət işləyir adını qoyurlar “siyasi məhbus”, qəzetlərində verirlər. İndiki Azərbaycan müxalifətinin məqsədi baxın: - biz dediyimiz sözlərin sözlə şərh edilməsinə ehtiyac yoxdur, hər bir məsələ göz qabağındadır. Bunlar yalnız Azərbaycan dövlətinin dünyada olan nüfuzuna, Azərbaycan xalqının birliyinə, sabitliyinə xələl gətirməyə, pozmağa çalışırlar.
Hesab edirəm ki, uca yaradan Allah o qədər böyükdür ki, həmişə xalqı sevənin yanında olur. Xalqı sevənin yanında da bizim Ulu öndərimizin davamçısı İlham Əliyevdir. Uca yaradan Allahdan çox bilmirlər ki? Allah məsləhət bilib ki, bizim Cənab prezident bu gün dövlətimizin, xalqımızın rəhbəridir və yüksək səviyyədə, çox böyük iqtisadi inkişafla və digər inkişlarla biz dünya dövlətlərinə nümunə olunacaq bir dövlətik. Düzdür bütün dövlətlərdə, cəmiyyətlərdə, xalqlarda problemlər, çatışmazlıqlar olan kimi, bu bizim də cəmiyyətdə var. Təhsilimizdə, səhiyyəmizdə müəyyən nöqsanlar var. Biz bunu dana bilmərik. Ancaq bu nöqsanlar Amerikada da var, dünyanın ən inkişaf etmiş ölkələrində də var. Birdə ki, dünyada müsəlman aləminə bu böyük dövlətlərin ikili standartlarla yanaşı, yəni ədalətsiz yanaşmaları, bu gün onu deməyə əsas verir ki, həqiqətən də müsəlman ölkələri bir olmalıdır. Heç bir xarici qüvvənin fikrinə və xarici qüvvənin təsirinə düşməməlidir.
Bir misal çəkim, bizim Qəddafini tərifləmək fikrimiz yoxdur, heç bu fikirdə də deyilik. Ancaq Liviya xalqı Qəddafinin vaxtında çox yüksək səviyyədə sabitlik yaşıyıb. İndi bu gün bir nəfər Qəddafinin idarə elədiyi Liviyanı, bütün böyük dövlətlər yığışıb idarə edə bilmir. Körpə müsəlman qardaşlarımız, müsəlman ana- bacılarımız öz ölkələrində, torpaqlarında terrorun, separatizmin qurbanlarıdır. İndi əgər bu demokratiyadırsa, neçə ildir ki, Liviyada, Suriyada bu proseslər baş verir. Məgər bu böyük dövlətlər, dırnaqarası demokrat dərsi keçən ölkələr orada demokratiya sabitliyi yaratmaq üçün gəldilər? Bəs niyə Yaranmır? Bu ağılsız, beyni zəhərlənmiş insanların fikirləridir. Azərbaycan bu gün çox yüksək səviyyədə sabitliyi, inkişafı ilə gedir. Bir məsələni də qeyd edim ki, mənim bu fikirlərim ictimai-siyasi fəaliyyəti olan sadə bir Azərbaycan gəncinin fikridir. Hesab edirəm ki, bu günki vəziyyətimizdən, inkişafımızdan hər birimiz qürur keçirməliyik nece ki, bunu keçirdirik. Bəzi insanları çıxmaq şərti ilə.


- Referendumda ən maraq doğuran məqam Vitse-Prezident İnstitutunun yaradılmasıdır. Sizcə yeni yaradılmış, yeni idarəetmə sistemi ölkəmizə nə verə bilər?

- Bəli düz buyurursunuz. Bu Referendumun ən maraq doğuran məqamlarından biri də Vitse-Prezident İnstitutunun yəni vəzifəsinin, postunun yaradılması məsələsidir. Hesab edirəm ki, bu doğru düşünülmüş bir addımdır. Dünya dövlətlərinin idarəçilik sisteminə baxanda hər bir dövlət və inkişaf etmiş xalq, xalqını inkişaf etdirmək istəyən hökumət və hökumət başçısı istəyir ki, idarəçiliyin də müasirləşdirsin. Dünya ilə ayaqlaşan bir modern sistem yaratsın. Biz baxırıq Amerikaya, bu gün demokratiyanın inkişaf etdiyi ölkələrə. Bunların əksəriyətində Vitse-Prezidentlik postu var. Əgər bu pisdisə niyə Amerikada var? Yaxşıdırsa bizdə niyə olmasın? Bu məsələnin birinci tərəfi. İkinci tərəfi də ondan ibarətdir ki, indi burada incə məqamlar var yəni Vitse-Prezidentin səlahiyyətləri nədən ibarət olacaq? Mən incəliklərinə varmaq istəmirəm. Bu da ümumilikdə Azərbaycan xalqının daha da sosial vəziyyətini, ümumi iqtisadi vəziyyətini və bundan əlavə bunun dövlət idarəçiliyində olan prinsiplərin yüngülləşməsinə xidmət edəcək ki, bu da Azərbaycan xalqının inkişafına təsir edir. Burda böyük bir qlobal nəsə kəşf eləmək lazım deyil. Cənab prezidentimiz də, hökumətimiz də ümumilikdə baş bilənlərimiz də çalışır ki, dünya ilə təmasda olsun. Biz Avropa, qonşu ölkələrlə münasibətlərimizi ciddi qurmuşuq. Ulu öndərimizin siyasətinin nəticəsidir ki və bu mehriban qonşuluq siyasəti, dünya ölkələrinə inteqrasiya siyasəti bu gün də Cənab prezident İlham Əliyev tərəfindən uğurla həyata keçirilir. Bir Azərbaycanlı gənci kimi hesab edirəm ki, burda vitse-prezidentlik postunun olmağı, dövlət idarəçiliyimizə müsbət təsir göstərəcək.

- Azərbaycanda keçirilən Referenduma daxildən və xaricdən gələn reaksiyalar haqqında fikrinizi bildirməyinizi istərdik...

- Bu gün Azərbaycanın inkişafın istəyən qüvvələr azdı. Bəli, dostlarımız da var. Çox təəssüflər olsun ki, düşmənlərimiz və bizim inkişafımızı istəyən böyük dövlətlər və onların havadarları kifayət qədərdir. İnanın əgər bu Referendum da olan dəyişiklik Azərbaycan xalqının əleyhinə olsa idi , heç bir xarici qüvvə və heç bir beynəlxalq təşkilat, QHT-ları buna heç bir nöqsan tutmazdı. Bunlar bir qrup təşkilat yığışıblar gözdüyürlər ki, Azərbaycanı müəyyən məsələlərdə gözdən salmaq üçün, Azərbaycanın inkişafına, Azərbaycan xalqının suverenliyinə və eyni zamanda onun demokratik inkişafına xələl gətirmək üçün müəyyən canfəşanlıq edirlər. Bir misal cəkmək istəyirəm- əgər mənim fikirlərimi marağı olan insanlar oxuyarsa, xahiş edirəm kimin arqumenti varsa bunu bizə bildirə bilər. Necə ola bilər ki, Azərbaycan xalqını inkişaf etdirən bir rəhbər Cənab prezident İlham Əliyev, bu qədər işlər görür və mən bunu digər tədbirlərdə də fikirlərimdə də demişəm ki, dünyanın yeganə prezidentidir ki, özüdə işləyir, qızıda işləyir, xanımıda işləyir. Hörmətli Mehriban xanımda, Leyla xanımda ailəsi bu xalq üçün çalışır. Dünyada hansı prezidentin xanımı, qızı çalışır? Tanıyırsınızsa deyin, bu birinci məsələ; ikinci məsələ ondan ibarətdir ki, Azərbaycan xalqı bu müqəddəratı həll etməlidir. Azərbaycan xalqının iradəsi ilə, Azərbaycan qanunları dəyişir və Azərbaycan konstitutsiyasında dəyişikliklər olunur. Bu Amerikanın, misal üçün Conun digər insanların burada təsiri ola bilməz. Bu xalqımızın öz müqəddəratın həll etməsi üçün səs verdiyi bir məsələdir.
Adama sual vererlər ki, belə dirnaqarası can yandıran çıxmısınızsa 92-ci il hadisələrində ermənilər bu qədər bizim Azərbaycan vətəndaşlarının hüqunu, hüquq sistemini pozub, ədaləti pozub. Azərbaycanda 1 milyondan artiq qaçqınlarımız var. Nə qədər bizim tarixi torpaqlarımız erməni tapdağındadır. Necə ola bilər ki, bu məsələ ilə bağlı Azərbaycanın suverən ərazi bütövlüyünü pozan bir ölkə və yüzlərlə, minlərlə Azərbaycan vətəndaşını qətlə yetirmiş erməniyə bir söz deyən yoxdur? Referendum meselesi Azərbaycan xalqının öz əlindədir ancaq ona qarışırlar. Bunu nə dərəcədə beynəlxalq hüquqa, Azərbaycana olan münasibətin ədalətli olmağın demək olar? Kifayət qədər böyük dövlətlərin və dirnaqarası demokratiya adı altında Azərbaycana təsir edən qüvvələrin hansı qeyri səmimi münasibət göstərmələrinin bariz nümunəsidir. Özlərinə lazım olan məsələsərdə demokratiya işləyir. Özlərinə lazım olmayanda demokratiya işləmir, qərəz işliyir. Hesab edirəm ki, bunu Azərbaycan xalqı bilir, bu seçimi edib, nece ki, 1993-cü ildə oktyabrin 3-də etmişdir. Mən düşünürəm ki, bu uğurlu siyasət Azərbaycan xalqının birliyi, dəstəyi nəticəsində irəli gedecək. Bizim düşmənlərimiz nə qədər olsa bizim xalqın, gəncliyimizin birliyi nəticəsində, təhsilimizin, elmin inkişafı nəticəsində və Ulu öndərimizin Heydər Əliyevin qoyub getdiyi siyasətin davamlı, ardıcıl siyasəti nəticəsində bütün bu düşmənlər məyus olacaq nece ki, olur. Xalq Birliyimiz, inkişafımız axıra qədər davam edəcək. Uca yaradan Allah bu günümüzü məsləhət bilməsə idi bu olmazdı. Allah bizimlədi, Azərbaycan xalqı birdir və Azərbaycan xalqı öz prezidentinin, öz dövlətinin və bir-birinin yanındadır. Diqqətinizə görə sağ olun.


Əlaqə üçün E-mail: Xalqİnfo@mail.ru

Şəfa Tapdıqova
Xalqİnfo.az


Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler