» » Direktoru işdən çıxartdı-

Direktoru işdən çıxartdı- ÖZƏL

Bölmə: Xəbər, Sosial
Direktoru işdən çıxartdı-
Suraxanı rayonunda yerləşən Sağlamlıq imkanları məhdud uşaqlar üçün 7 saylı xüsusi internat məktəbin direktoru Afaqət Əsgərova vəzifəsindən çıxarılıb.

Bunu AzNews.az-a açıqlmasında Ombudsman Aparatının İşgəncələrin qarşısının alınması şöbəsinin müdiri və Milli Preventiv Qrupunun rəhbəri Vüqar Məhərrəmov deyib.

O bildirib ki, qeyd olunan məktəbin II sinif şagirdi, 2006-cı il təvəllüdlü Cavadov Nahid Zaur oğlunun bu ilin mayın 16-da məktəbin direktoru Afaqət Əsgərova tərəfindən döyülərək, xəsarət yetirilməsi ilə bağlı adıçəkilən tədris müəssisəsində araşdırmalara başlanılıb.

V. Məhərrəmov araşdırma prosesində Ombudsman Aparatının nümayəndələrinin də iştirak etdiyini qeyd edib: “Məsələnin ciddi araşdırılmasında bizim qurum da iştirak etdi. Araşdırmada Baş Prokrurluq, Təhsil və Daxili İşlər nazirlikləri, o cümlədən bir sıra dövlət qurumları da iştirak etdi. Məlum olduğu kimi şagirdin döyülməsi və bu məsələdə günahkarın məktəb direktoru Afaqət Əsgərova olması isə sübuta yetirilmədi. Lakin Afaqət Əsgərovanın işində başqa ciddi nöqsanlar ortaya çıxdığından o, Əmək Məcəlləsinin müvafiq maddələrinə uyğun olaraq vəzifəsindən kənarlaşdırıldı”.

Xatırladaq ki, bəzi KİV-lərdə və sosial şəbəkələrdə Suraxanı rayonunda yerləşən Sağlamlıq imkanları məhdud uşaqlar üçün 7 saylı xüsusi internat məktəbinin II sinif şagirdi, 2006-cı il təvəllüdlü Cavadov Nahid Zaur oğlunun bu ilin mayın 16-da məktəbin direktoru Afaqət Əsgərova tərəfindən döyülərək, xəsarət yetirilməsi barədə məlumat yayılmışdı.
Direktoru işdən çıxartdı-

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler