» » Deputat oğlu özünü güllələdi - Post uğrunda mübarizə

Deputat oğlu özünü güllələdi - Post uğrunda mübarizə

Bölmə: Xəbər, Kriminal, Dünya, BLOK XƏBƏR, MANŞET
Deputat oğlu özünü güllələdi - Post uğrunda mübarizə
Ermənistanda deputat oğlunun meyiti tapılıb.

Xalqİnfo.az bildirir ki, “Qafqazinfo” erməni KİV-ə istinadən xəbər verir ki, “Çiçəklənən Ermənistan” fraksiyasının deputatı Verdevan Qriqoryanın oğlu yaşadığı evin zirzəmisində başından odlu silahdan açılmış atəşlə ölmüş vəziyyətdə aşkarlanıb.

İyirmi iki yaşlı Arşak Qriqoryanın ölümü ilə bağlı “özünü öldürmə həddinə çatdırma” və “qanunsuz silah saxlama” maddələri ilə cinayət işi açılıb.

Qeyd edək ki, deputat Vardevan Qriqoryan Gümrünün meri postuna namizədliyini irəli sürüb.

Son vaxtlar Ermənistanda mer postu uğrunda gedən mübarizə gərginliyi ilə diqqət mərkəzindədir. Belə ki, bir neçə gün əvvəl də Eçmədzin meri postuna namizədlər arasında silahlı insindet yaşanmışdı. İndiki icra başçısı Karen Qriqoryanın avtomobili bu posta namizəd olan Artur Tumanyan tərəfindən atəşə tutulmuşdu.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler