» » “Ferrari”də qəza törədən MTN şefinin hansı qızı olub? –

“Ferrari”də qəza törədən MTN şefinin hansı qızı olub? – Fotolar

Bölmə: Xəbər, Sosial, DÜNƏNDƏN-BUGÜNƏ
“Ferrari”də qəza törədən MTN şefinin hansı qızı olub? –
Məlum olduğu kimi ötən il Bakıda “Ferrari” markalı avtomobillə müğənni Zeynəb Dostəliyevanın maşınını vuran şəxs MTN rəhbəri Eldar Mahmudovun qızı imiş.

Bacı-qardaşın avto qalmaqalı

Xalqİnfo.az bildirir ki, 24saat.org mətbuatda yayılan bu xəbərin izinə düşüb və bir müddət əvvəl bu hadisəni törədərək qaçan xanım sürücünün keçmiş nazirin hansı qızı olduğunu öyrənməyə çalışıb.

Əməkdaşımız öyrənib ki, Eldar Mahmudovun 3 övladı var. Onlardan ikisi qız, biri oğlandır.


Elə bir neçə həftə öncə keçmiş nazirin oğlu Anar Mahmudov Nardaranda keçirilən reyd zamanı yol polisi tərəfindən saxlanmışdı. Ailəlikcə avtomobil həvəskarı olan mahmudovların milyonluq maşın kolleksiyalarının olduğu da ictimaiyyətə sirr deyil.

Sabiq nazirin 2 qız övladı var ki, biri yazar Xuraman Mahmudova, digəri Nərgiz Mahmudovadır.

Eks-nazirin yazıçı qızı

24saat.org-un xəbərinə görə, Xuraman Mahmudova 1988-ci ildə Bakıda doğulub. O, universitetdə təhsil almaq üçün İsveçrəyə gedib, orada maliyyə ixtisası üzrə bakalavr və magistr dərəcəsi alıb.

X.Mahmudova maliyyə mütəxəssisi kimi ilk addımlarını atmaqla yanaşı, bir məşğuliyyət kimi əsərlər yazmağa başlayaraq 2010-cu ildə “Sehrli Səyahət” adlı yazdığı ilk hekayəni tamamlayıb.

Sonrakı 5 il ərzində, o, uşaqlar üçün yaxın gələcəkdə nəşr edilməli olan bir çox digər hekayələr üzərində işləyib və onları nəşrə hazırlayıb. Ötən il həmin kitabın təqdimatı olub. Tədbirdə bir sıra tanınmış dövlət adamları, o cümlədən təhsil naziri Mikayıl Cabbarov iştirak edib.


Eks-nazirin digər qızı Nərgiz Mahmudova isə ötən il ailə həyatı qurub. O, Rasim Əliyevlə evlənib. R.Əliyev mərhum prezident Heydər Əliyevin qardaşlarından birinin nəvəsidir. Lakin Mahmudovun qohum olduğu mərhum Prezidentin hansı qardaşıdır sualına dolğun cavab tapılmır.

Şəhərdə “Ferrari” sürən yeganə qadın

MTN şefinin qızının törətdiyi qəza isə ötən ilin sentyabrında baş verib. Hadisə Heydər Əliyev prospektində yaşanıb.

Həmin qəzada zərərçəkən 10 SV 773 dövlət nömrə nişanlı, “Ford” markalı avtomobilin sürücüsü, xalq artisti Nazpəri Dostəliyevanın bacısı Zeynəb Dostəliyeva olub.


Qəza zamanı avtomobilin nömrə nişanı üzərində olmayıb. “Ferrari” ya nömrəsiz idarə olunurmuş, ya da qəzadan sonra sürücü nömrəni açaraq hadisə yerini tərk edib.

Bununla belə, həmin “Ferrari”nin dövlət nömrə nişanı 10 SN 009-dur. Sosial şəbəkələrdə bu avtomobilin çoxsaylı fotolarına rast gəlmək olar.O zaman instagram istifadəçiləri yazirdı ki, bu, şəhərdə sahibi qadın olan tək “Ferrari”dir.

Onun yüksək rütbəli şəxslərdən birinin yaxını olduğuna dair məlumatlar qeyd olunmuşdu. Lakin rütbəli adamın kimliyi açıqlanmamışdı. Yalnız bir il sonra bu şəxsin E.Mahmudov olduğu təsbit edilib.


Xalqİnfo.az 24saat.org-a istinadən xəbər verir ki, media sabiq nazirin qızlarından birinin bu avtomobili idarə etdiyini yazsa da, onlardan hansının olduğu bəlli deyil.

Görünür, elə o zaman da müğənni nazir övladı ilə dil tapa bilib və məsələ ört-basdır edilib. Çünki hadisə ilə bağlı yol polisinin də açıqlamasına rast gəlinməyib.

Mövzunu diqqətdə saxlayacağıq.



Xalqİnfo.az

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler