» » Siyavuş Novruzov aldığı medaldan danışdı

Siyavuş Novruzov aldığı medaldan danışdı

Bölmə: Xəbər, Siyasət
Siyavuş Novruzov aldığı medaldan danışdı
Milli Məclisin komitə sədri, Yeni Azərbaycan Partiyası icra katibinin müavini Siyavuş Novruzovun Rusiyadakı təşkilat tərəfindən ödülləndirilməsi sosial şəbəkələrdə müzakirələrə səbəb olub.

Qeyd edək ki, YAP-çı deputat Rusiya Federasiyasının “Ölkə müdafiəsinin möhkəmlənməsinə verdiyi böyük xidmətə görə” ordeni ilə təltif olunub.

Bakıda keçirilən təltifetmə mərasimində Rusiya Federasiyasının Silahlı Qüvvələri Veteranları Ümumrusiya İctimai Təşkilatı Şurasının sədri, ordu generalı Viktor Yermakov, Azərbaycan Respublikası Veteranlar Şurasının sədri, general-mayor Dadaş Rzayev, Milli Məclisin üzvləri, Əfqanıstan və Qarabağ veteranları və ictimaiyyət nümayəndələri iştirak ediblər. Xüsusilə də ordenin adı suallar doğurduğu üçün deputat tənqidlərə tuş gəlib.

Xalqİnfo.az bildirir ki, “Qafqazinfo” xəbər verir ki, S.Novruzov ünvanına səslənən ittihamlarla bağlı “Yeni Müsavat”a açıqlamasında bildirdi ki, iradlar əsassızdır: “Bu, MDB ölkələrində verilən ordendir. MDB ölkələri üzrə Şura var və həmin quruma bizim təşkilatlar da daxildir. Həmin Şuranın qəbul etdiyi qərarın əsasında da təltif olunmuşuq”. S.Novruzovun sözlərinə görə, sovetlər dönəmində tank bölüyündə hərbi xidmət keçib və ona verilən qiymət də keçmiş xidmətləri ilə bağlıdır. Azərbaycanda isə həmin ordeni alanların sayı çox azdır: “Bu orden Azərbaycanda cəmi üç nəfərə verilib. Keçmiş müdafiə naziri, Respublika Veteranlar Təşkilatının sədri Dadaş Rzayev, Azərbaycan Əfqanıstan Müharibəsi Veteranları İctimai Birliyinin sədri və təşkilat komitəsinin həmsədri Məhəmməd Vəliyevə və mənə veriblər. Amma bu təşkilat həm də medallar verir, bu medallar da Qarabağ müharibəsinin veteranlarına və rəhbərlərinə verilib. Bu medalları alanlar həm də Əfqanıstan müharibəsi iştirakçılarıdır”.

S.Novruzov bu ödülləndirmənin YAP rəhbərliyində olunması ilə əlaqədar olmadığını qeyd etdi: “Bu məsələnin siyasətlə heç bir əlaqəsi yoxdur, hərbi sahə ilə bağlıdır. Bilmirlər ki, nə məsələdir, danışırlar. Təkcə bu deyil ki. Tutaq ki, Qromovun da verdiyi medalları almışam. Medallarım çoxdur. Orden olduğuna görə götürüb yazıblar. Bizi təltif edənlər 40-cı ordunun komandirləridir, ordu generallarıdır”.


Xalqİnfo.az

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler