» » Zərdabda qəzada ölənlərin kimliyi məlum oldu -

Zərdabda qəzada ölənlərin kimliyi məlum oldu - YENİLƏNİB

Bölmə: Xəbər, Kriminal
Zərdabda qəzada ölənlərin kimliyi məlum oldu -
Zərdabda baş verən ağır yol-nəqliyyat hadisəsi zamanı ölən və xəsarət alanların şəxsiyyətləri məlum olub. Xəsarət alanlardan biri dünyasını dəyişib.

Xalqİnfo.az bildirir ki, APA-nın yerli bürosunun xəbərinə görə, hadisə yerində dünyasını dəyişən "VAZ" markalı maşının sürücüsü Kürdəmir rayon sakini 1976-cı il təvəllüdlü Qabil Qaybalı oğlu Rzayevdir. Ağır xəsarətlərlə xəstəxanaya yerləşdirilən minik maşınında olan sərnişinlər, 1984-ci il təvəllüdlü Ramilə Rəhimdar qızı Zeynalova və onun azyaşlı qızı 2012-ci il təvəllüdlü Dəniz Kamran qızı Məmmədovadır. Həkimlərin səyinə baxmayaraq R. Zeynalova Kürdəmir Mərkəzi Rayon Xəstəxanasında dünyasını dəyişib.

Qeyd edək ki, hadisə bu gün axşam saatlarında Zərdab- Kürdəmir yolunun Zərdab rayonunun Əlvənd kəndindən keçən hissəsində qeydə alınıb. "VAZ-2106" markalı minik maşını ilə yük maşını toqquşub. Nəticədə "VAZ" markalı maşının sürücüsü hadisə yerində dünyasını dəyişib, maşında olan bir qadın və bir azyaşlı isə ağır xəsarət alıblar. Hadisə yerinə cəlb olunmuş Fövqəladə Hallar Nazirliyinin əməkdaşları minik maşınının sürücüsünün sıxılmış meyitini çıxararaq aidiyyətı üzrə təhvil veriblər. Yaralılara isə Zərdab rayon təcili tibbi yardım həkimləri tərəfindən ilkin tibbi yardım göstərilib və onlar ən yaxın məsafədə yerləşən Kürdəmir Mərkəzi Rayon Xəstəxanasına aparılıblar. Hadisənin baş vermə səbəbi araşdırılır.

Xalqİnfo.az

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler