» » Bakıda Beynəlxalq Musiqi Festivalının açılışı oldu

Bakıda Beynəlxalq Musiqi Festivalının açılışı oldu

Bölmə: Xəbər, Mədəniyyət
Bakıda Beynəlxalq Musiqi Festivalının açılışı oldu
Sentyabrın 18-də Heydər Əliyev Fondunun və Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə keçirilən Üzeyir Hacıbəyli VIII Beynəlxalq Musiqi Festivalının təntənəli açılış mərasimi olub.

Xalqİnfo.az bildirir ki, “Qafqazinfo” Azərtac-a istinadən xəbər verir ki, M.Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında keçirilən açılış mərasimi Üzeyir Hacıbəyli adına Dövlət simfonik orkestrinin ifasında (orkestrin bədii rəhbəri və baş dirijoru, Xalq Artisti Rauf Abdullayevdir) dahi bəstəkarın “Koroğlu” operasından uvertüranın səslənməsi ilə açıq elan olunub.

Gecədə Xalq Artisti Gülbacı İmanovanın bədii rəhbərliyi ilə Azərbaycan Dövlət Xor Kapellasının ifasında bir sıra musiqi kompozisiyaları təqdim olunub.

Qeyd edək ki, sentyabrın 27-dək davam edəcək festival günlərində ümumilikdə 30-dan artıq tədbirin reallaşacağı planlaşdırılıb. Paytaxtımızın müxtəlif mədəniyyət ocaqlarında keçiriləcək bu tədbirlərdə musiqisevərlər Üzeyir Hacıbəyli ilə yanaşı, digər tanınmış bəstəkarlarımızın da əsərlərini dinləyə biləcəklər.


Xalqİnfo.az

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler