» » Prezident birinci yeri tutan idmançıya 400 min mükafat verəcək

Prezident birinci yeri tutan idmançıya 400 min mükafat verəcək

Bölmə: Xəbər, Idman, BLOK XƏBƏR, MANŞET
Prezident birinci yeri tutan idmançıya 400 min mükafat verəcək
Olimpiya Oyunlarında Azərbaycan idmançıları üçün ən yüksək nəticələrə görə mükafatlar müəyyən edildi.
Azərbaycan Prezidenti İlham Əliyev Braziliyanın Rio-de-Janeyro şəhərində keçirilən XXXI Yay Olimpiya Oyunlarında Azərbaycan Respublikasının idmançıları və onların məşqçiləri üçün ən yüksək nəticələrə görə mükafatların müəyyən edilməsi haqqında sərəncam imzalayıb.

Xalqİnfo.az bildirir ki, ANS PRESS-in məlumatına görə, sərəncamda qeyd olunur ki, Azərbaycan Respublikasının idmançılarını və onların məşqçilərini Braziliyanın Rio-de-Janeyro şəhərində keçirilən XXXI Yay Olimpiya Oyunlarında ən yüksək nəticələr göstərməyə həvəsləndirmək məqsədilə XXXI Yay Olimpiya Oyunlarında ən yüksək nəticələrə görə Azərbaycan Respublikasının idmançıları və onların məşqçiləri üçün mükafatların məbləği aşağıdakı qaydada müəyyən edilir:
- birinci yeri tutan hər bir idmançıya 400 min manat, onun məşqçisinə 200 min manat;
- ikinci yeri tutan hər bir idmançıya 200 min manat, onun məşqçisinə 100 min manat;
- üçüncü yeri tutan hər bir idmançıya 100 min manat, onun məşqçisinə 50 min manat.
Nazirlər Kabinetinə bu sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.


Xalqİnfo.az

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler