» » Smartfonla işləyən ilk süni mədəaltı vəz

Smartfonla işləyən ilk süni mədəaltı vəz

Bölmə: Xəbər, MARAQLI
Smartfonla işləyən ilk süni mədəaltı vəz
Kembric Universitetinin alimləri “Android” mobil əməliyyat sistemli smartfon vasitəsilə çalışan ilk süni mədəaltı vəz yaradıblar.

Xalqİnfo.az bildirir ki, “Qafqazinfo” Azərtac-a istinadla xəbər verir ki, bu cihaz şəkər xəstəliyindən əziyyət çəkən insanların qanındakı qlükozanın miqdarını ölçmək üçün nəzərdə tutulub. Süni mədəaltı vəz insulin nasosu, qlükometr və qəbuledicidən ibarətdir. Belə ki, qlükometr qandakı şəkərin miqdarını real vaxtda ölçür, nasos isə zərurət olduqda lazımı insulin miqdarını ifraz edir. Nəticədə şəkər xəstəliyindən əziyyət çəkən insanlar qlükozanın miqdarını ölçərək insulinin miqdarını təyin etməkdən azad olacaqlar. Həmçinin bu sistem hətta xəstə yatdığı zaman belə dayanmadan çalışa bilər.

Qurğunun gələn il təqdim olunacağı nəzərdə tutulur.


Xalqİnfo.az

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler