» » Ərdoğan İsraillə münasibətlərin normallaşması haqqında sənədi təsdiqləyib

Ərdoğan İsraillə münasibətlərin normallaşması haqqında sənədi təsdiqləyib

Bölmə: Xəbər
Ərdoğan İsraillə münasibətlərin normallaşması haqqında sənədi təsdiqləyib

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan İsraillə münasibətlərin normallaşması haqqında sənədi təsdiqləyib. Bu barədə "Haber Türk" məlumat yayıb.

Ümumiyyətlə, bu il avqustun 20-də Türkiyə parlamenti rəsmi Ankara və Təl-Əviv arasında münasibətlərin normallaşdırılması ilə bağlı razılaşma sənədini təsdiqləyib. Sənədə əsasən, İsrail Türkiyəyə 25 gün ərzində 20 milyon dollar məbləğində təzminat ödəyəcək.

Anlaşmada İsrail hərbçiləri hüquq və cəza məsuliyyətindən azad ediləcək. Eyni zamanda, İsrail Fələstinə humanitar yardımın göndərilməsi ilə bağlı tətbiq etdiyi embarqonu yumşaldacaq.

Bu il iyunun 29-da İsrail hökuməti Türkiyə ilə normallaşma razılaşmasını təsdiqləyib. İsrail dövləti baş verən hadisə ilə bağlı Türkiyədən üzr istəyib.

Xatırladaq ki, iki dövlət arasında münasibətlər 2010-cu il mayın 31-də kəsilib. Həmin dövrdə Fələstinin Qəzza bölgəsinə humanitar yardım aparan Türkiyənin "Mavi Mərmərə" gəmisinə İsrail hərbçiləri basqın edib. Nəticədə Türkiyənin 9 vətəndaşı öldürülüb.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler