DTX iki müxalifətçini həbs etdiBölmə: Xəbər
Suraxanı Rayon Məhkəməsində AXCP üzvü Qədim Bəkirovun məhkəmə prosesi keçirilib. APA-nın məlumatına görə, məhkəmə onun 25 sutka müddətinə inzibati qaydada azadlıqdan məhrum edilməsi barədə qərar qəbul edib. Q. Bəkirov İnzibati Xətalar Məcəlləsinin 535-ci (polisin qanuni tələbinə tabe olmama) maddəsinə əsasən təqsirli bilinib. * * *01:56 Avqustun 18-də AXCP Xətai rayon şöbəsi Gənclər Komitəsinin sədri Fuad Əhmədli və Suraxanı şöbəsinin fəalı Qədim Bəkirov saxlanılıblar. Onların nədə ittiham olunduqları məlum deyil. Bu barədə Turan AXCP-yə istinadən məlumat yayıb. F.Əhmədlini Dövlət Təhlükəsizlik Xidmətinin əməkdaşları saxlayıb. Onun evinə baxış keçirilərkən bir sıra kitablar götürülüb. Fuad Əhmədli barəsində 48 saat saxlanma qərarı çıxarılıb. Bu barədə onun atasına dövlət tərəfindən ayrılan vəkil məlumat verib. Qədim Bəkirov isə Suraxanı Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb. Onunla bağlı məsələyə bu gün Suraxanı Rayon Məhkəməsində baxılacaq. |
XƏBƏR LENTİ
09.04.24 11:43 | Rusiya xəritəsinə bu şəhərlər də daxil ediləcək
09.04.24 11:41 | Şəhid anası vəfat etdi
09.04.24 11:38 | Prezident Hacıqabulda olub
|