» » Azərbaycandakı abortlardan yazdı

Azərbaycandakı abortlardan yazdı

Bölmə: Xəbər
Azərbaycandakı abortlardan yazdı
İtaliyanın “Corriera Della Sera” qəzeti Azərbaycanda selektiv abortlar problemindən yazıb.

ANS PRESS Virtualaz.org-a istinadən xəbər verir ki, qəzetin əməkdaşı Nikoletta Pisanunun hazırladığı məqalədə bildirilir: “Azərbaycanda ailədə uşağın doğulması heç də həmişə xoş hadisə kimi qarşılanmır. Uşağın cinsindən asılı olaraq bu hadisə hətta boşanmaya və fiziki zorakılığa da səbəb ola bilər”.

“Rasional inkişaf uğrunda” Qadın Cəmiyyətinin rəhbəri Şəhla İsmayılova deyir ki, bir çox qadınlar öz ərləri ilə problem yaşamamaq və qız dünyaya gətirməmək üçün hamiləliklərini kəsməli olurlar. Selektiv abortlar həm Bakıda, həm də regionlarda geniş yayılıb.

Azərbaycan hökumətinin rəsmi hesabatına əsasən hazırda doğulan oğlan uşaqları 51 faiz təşkil edir, lakin bu halları araşdıran təşkilatın məlumatına görə, faiz daha yüksək ola bilər. 2012-ci ildə BMT tərəfindən aparılan araşdırma göstərib ki, Azərbaycanda hər 100 qızla müqayisədə 116 oğlan dünyaya gəlib. Hansı ki, təbii nisbət 102-nin 100-ə olmalıdır.

Qəzet yazır ki, yerli qanunvericiliyə görə, motivasiyasından asılı olmayaraq aborta icazə verilir. Bu isə əhalisinin əksəriyyəti müsəlman olan ölkə üçün nadir haldır. İslam ancaq ananın həyatı üçün təhlükə olduqda və ayrı-ayrı müstəsna hallarda abortu mümkün hesab edir.

“Bundan əlavə, Məhəmməd peyğəmbər İslam erasına qədər Ərəbistan yarımadasında mövcud olan qız uşaqlarının öldürülməsi praktikasını qadağan edib” - deyə İtaliya qəzeti yazır.

Qadın Krizis Mərkəzinin rəhbəri Mehriban Zeynalova deyir ki, Azərbaycanda ailələrin oğlan uşaqlarına üstünlük verməsinin heç bir real səbəbi, yaxud dini, sosial motivləri yoxdur.

“Bununla belə bir çox kasıb ailələr paytaxtda geniş yayılmış fahişəliyi nəzərə alaraq narahatdır ki, onların qız övladları böyüyəndə ailəyə problem yarada bilər” - deyə o bildirir.

M.Zeynalova özünün də ailəsində qız uşağının doğulması ilə bağlı belə halla qarşılaşdığını bildirir: “Mənim qız nəvəm dünyaya gələndə bəzi qohumlarım çox təəssüfləndiklərini deyirdilər. Onlar məni əmin edirdilər ki, gələn dəfə yaxşı olacaq”.

Məqalədə bildirilir ki, ancaq qız uşaqları dünyaya gətirən qadınlara “sonsuz” da deyirlər. M.Zeynalova deyir ki, diskriminasiyanın qarşısını almaq üçün bir çox qadınlar həyatlarında bir neçə dəfə abort etməli olurlar.

“Burada qadınlar Qərb stilində geyinir, dostları ilə gəzir və özlərinə iş axtarırlar. Lakin stereotiplər saxlanılır və qərarların qəbuluna təsir edir. Bir çoxları belə fikirləşməyə adət edib ki, biz qadınlar yanımızda atamız, ərimiz olmasa, yaşaya bilmərik” - bunu isə Ş.İsmayılova deyir.

İtalyan jurnalist qeyd edir ki, Bakı müasir şəhər təsiri bağışlayır. Sahilboyu prospektdə lüks retoranlarr, butiklər düzülüb. Lakin mərkəzdən kənarda yollar bərbaddır, evlər miskin görkəmdədir, baxmayaraq ki, sakinlər evlərinin ətrafını yaraşıqlı etmək üçün böyük səy göstərirlər.

“Bundan əlavə qadınların hüquq və imkanlarının genişlənməsi də belə görünür ki, ancaq estetik amildir” - deyə məqalədə vurğulanır.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler