» » Türk diplomatlar azad edildi

Türk diplomatlar azad edildi

Bölmə: Xəbər
Türk diplomatlar azad edildi
İraq və Şam İslam Dövlətinin Mosulda girov götürdüyü türk diplomatları sərbəst buraxıb.

ANS PRESS-in məlumatına görə, İŞİD qaçırdığı türk diplomatlarını Mosul qubernatoruna təhvil verib. Diplomatların axşam saatlarında Türkiyəyə gətirilməsi gözlənilir.

Bundan başqa Türkiyə mətbuatının yazdığına görə, İŞİD girov götürdüyü sürücüləri də sərbəst buraxıb. Lakin onların harada və nə vaxt Türkiyəyə göndəriləcəyi barədə hələlik məlumat verilmir.

Xatırladaq ki, İraq və Şam İslam Dövləti Türkiyənin İraqdakı Baş konsulluğuna hücum etmişdi. Baş konsul Öztürk Yılmaz və digər türk diplomatları və sürücüləri girov götürmüşdü.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler