» » Səudiyyə Ərəbistanı Azərbaycan teleseriallarını almaq istəyir

Səudiyyə Ərəbistanı Azərbaycan teleseriallarını almaq istəyir

Bölmə: Xəbər
Səudiyyə Ərəbistanı Azərbaycan teleseriallarını almaq istəyir
Səudiyyə Ərəbistanı Azərbaycanda çəkilən teleserialları almaq istəyir.


"Xalqinfo" xəbər verir ki, bunu SalamNews-a Milli Televiziya və Radio Şurasının sədri Nuşirəvan Məhərrəmli deyib.

Onun sözlərinə görə, Səudiyyə Ərəbistanından Azərbaycanın Xarici İşlər Nazirliyinə məktub daxil olub: "Məktubda göstərilir ki, son dövrdə Azərbaycanda çəkilən və yayımına başlayan bəzi seriallara ölkələrində ciddi maraq yaranıb. Bu ölkənin televiziya kanalları bir çox Türkiyə seriallarını da alaraq yayımlamağa başlayıblar."

MTRŞ sədri bildirib ki, Səudiyyə Ərəbistanı bizim teleseriallarımızı türk serialları ilə birlikdə yaymaq və tamaşaçılarına təqdim etmək istəyir: "Səudiyyə Ərəbistanı bununla bağlı danışıqlara başlamaq üçün bizdən cavab gözləyir. Əslində, bizi bu məsələnin maliyyə tərəfi düşündürmür və filmlərimizi onlara pulsuz da verərik, yetər ki, filmlərimizi alsınlar. Bu, həm Azərbaycan maraqlarına uyğundur, həm də dövlətimizin həyata keçirdiyi xarici siyasəti dəstəklənməsidir."qafqazinfo


Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler