» » Vaqif Əsədov mətbuata səsləndi

Vaqif Əsədov mətbuata səsləndi

Bölmə: Xəbər
Vaqif Əsədov mətbuata səsləndi
Bakıda avtobus sürücülərinə qarşı keçirilmiş reyd zamanı yüzlərlə qanun pozuntusu aşkarlanıb.

Daxili İşlər Nazirliyinin (DİN) Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin İctimai qurumlarla əlaqə bölməsinin rəisi, polis polkovnik-leytenantı Vaqif Əsədovun anspress-ə verdiyi məlumata görə, iyunun 10-da yol polisi əməkdaşları tərəfindən Bakı şəhərinin 9 inzibati ərazisində keçirilən reyd zamanı 48 sərnişin avtobusunun istismarı qadağan edilib.

Reyd zamanı sürücülük vəsiqəsi olmadan sərnişin avtobusu idarə edən 18 sürücü aşkarlanaraq xətdən kənarlaşdırılıb. Vaqif Əsədov bu rəqəmin reallıqdan dəfələrlə az olduğunu deyir: "Reyddə 18 sürücünü aşkarlaya bildik. Hansı ki bu fakt yüzlərlədir. Yollların kənarlarında Bakıdan bölgələr istiqamətinə işləyən sürücülərin demək olar ki, sürücülük vəsiqələri yoxdur. Dünən birdən - birə o avtobuslar yoxa çıxdı. Bunun da obyektik-subyektiv səbəbləri var. Bunun biri də sizin verdiyiniz anonslardır. Mətbuatdan çox-çox xahiş edirəm ki, bizim reydlərimizi əvvəlcədən işıqlandırmayın. Biz sadəcə görəcəyimiz iş barədə sizə məlumat veririk. Bu o demək deyil ki. siz bunu yazasız".

Onun sözlərinə görə, müvafiq kateqoriya olmadan avtomobusu idarə edən 21, qoşa xəttin tələblərini pozaraq qarşı hərəkət zolağına çıxdığına görə 14, "giriş qadağandır" nişanının təsir zonasına daxil olan 11, yolayrıcı keçmə qaydalarını pozduğuna görə 19, yüksək tonlu səs siqnallarından istifadə etdiyinə görə 4 sürücü barəsində inzibati protokol tərtib edilərək məsuliyyətə cəlb ediliblər.

V.Əsədov qeyd edib ki, ən çox qayda pozuntusu dayanacaqdan kənarda, yolların hərəkət hissəsində, ikinci cərgədə dayanaraq sərnişin götürülməsi ilə bağlı olub ki, bu xətaların sayı 108 olub.

V. Əsədov avtobus dayanacaqlarını zəbt edən taksi sürücülərindən də gileyləndi: "Bir faktı da xüsusilə qeyd etmək lazımdır ki, avtobus dayanaclarında dayanan taksi sürücülərini cəzalandırırıq, amma bir neçə dəqiqədən sonra dolur. Taksi fəaliyyəti ilə məşğul olan sürücülər tərəfindən 101 halda avtobus dayanacaqlarının zəbt edilməsi qeydə alınıb və həmin sürücülər cərimələnib. Maraqlısı budur ki, onlardan 3 sürücü gün ərzində eyni xətanı təkrarən törətdiyinə görə 2 dəfə inzibati məsuliyətə cəlb edilib. Əlbəttə ki, bu mentalitetimizin qüsurudur. Sərnişinlər dayanacaqlarda dayanmırlar, yolun ortasına çıxırlar. Bunların hamısı komlpeks həll edilməlidir ki, öz nəticəsini versin. "

Reyd zamanı işıqforun qırmızı işığında keçən 6, sərnişinlərlə yanacaqdoldurma məntəqəsinə daxil olan 2 cürücü cəzalandırılıb.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler