» » Arvadını öldürəndən sonra yandıran 79 yaşlı kişidən-

Arvadını öldürəndən sonra yandıran 79 yaşlı kişidən- Şok açıqlama

Bölmə: Xəbər
Arvadını öldürəndən sonra yandıran 79 yaşlı kişidən-
Qazaxda baş verən dəhşətli qətllə bağlı bəzi detallar məlum olub.


"Xalqinfo" milli.az-a istinadən xəbər verir ki, Polis şöbəyə gələn ağsaqqal kişinin “arvadı öldürdüm” deməsinə ilk olaraq inanmayıb. Amma sonradan həmin kişinin evinə gedəndən məlum olur ki, ahıl yaşda hər adama ağsaqqal demək olmaz. Onların hərəkəti bəzən nəvələri yaşda olan insanları dəhşətə gətirir. Qazax rayonunda həyat yoldaşını amansızlıqla öldürən 79 yaşlı Musa Musayevin törətdiyi əməl eşidib-bilən hər kəsi şoka salır. O, 81 yaşlı arvadı Gülşad Musayevanı balta ilə öldürərək meyitə və evə od vurub. Sonra isə evinin alovuna baxa-baxa polis şöbəsinə gələrək təslim olub.

Qazax Rayon Prokurorluğunun müstəntiqi Qasım Ağayev Milli.Az-a açıqlamasında bildirdi ki, M.Musayevin arvadı ilə aralarında uzun müddətdir, problemləri varmış. Dünən mübahisələri olub və Musa baltanın arxası ilə Gülşadın başına zərbələr vurub. Ağır zərbələr yaşlı qadının ölümü üçün kifayət edib. Arvadının öldüyünə əmin olandan sonra isə evi və meyiti yandırıb.

M.Musayevin ifadəsində arvadını və evi yandırmasını qəribə əsaslandırması olub: “İstəmədim o boyda ev, mülk kiməsə qalsın. Ona görə də yandırıb məhv etdim”. Hər ikisi təqaüdçü olan qocaların övladları və nəvələri var. Hadisə baş verən vaxt isə onlar evdə tək olublar. Faktla bağlı Cinayət Məcəlləsinin qəsdən adamöldürmə (120.1-ci) maddəsi ilə cinayət işi başlanıb.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler