» » Millət vəkili:“Rusiya-Azərbaycan münasibətləri indiki qədər yaxşı olmayıb”

Millət vəkili:“Rusiya-Azərbaycan münasibətləri indiki qədər yaxşı olmayıb”

Bölmə: Xəbər, MANŞET
Millət vəkili:“Rusiya-Azərbaycan münasibətləri indiki qədər yaxşı olmayıb”“Bu il aprel ayında təmas xəttində baş verən “dördgünlük müharibə”dən sonra danışıqların sürətlənməsi təsadüfi hadisə deyil. Qarabağla bağlı aparılan danışıqlardakı uğurlarımız məhz bu müharibənin məntiqi nəticəsi oldu”.

Xalqinfop.az Publika.az-a istinadən xəbər verir ki, bu fikirləri millət vəkili Zahid Oruc bu gün Bakıda Beynəlxalq Münasibətlərin Araşdırılması Mərkəzi (BMAM) tərəfindən təşkil olunan “Azərbaycanda genişmiqyaslı islahatların vətəndaş cəmiyyətinin inkişafındakı rolu” mövzusunda konfransda çıxışı zamanı bildirib.

Z.Oruc deyib ki, bu gün Azərbaycanda ordu ilə cəmiyyət arasında həmrəylik mövcuddur: “Biz bunu aprel əməliyyatları zamanı da müşahidə etdik”.

Rusiya-Azərbaycan münasibətlərinə də toxunan Z.Oruc qeyd edib ki, ötən sərin 90-cı illərindən sonra iki ölkə arasında mövcud olan əlaqələr indiki qədər yaxşı olmayıb:
“Eyni zamanda Rusiya-Ermənistan münasibətləri indiki qədər pis olmayıb. Prezident İlham Əliyevin Kremldə yüksək səviyyədə qarşılanması iki ölkə arasındakı münasibətlərin səviyyəsindən xəbər verirdi. Halbuki, Sankt-Peterburq görüşündə Serj Sarkisyan gözləyirdi ki, Rusiya aprel əməliyyatlarına görə Azərbaycanı qınayacaq, silah satışı ilə bağlı məhdudiyyətlər tətbiq edəcək və sairə. Ancaq bütün bunlar baş vermədi. Bu gün Qərb bu prosesləri çox diqqətlə izləyir. Qərb istəmir ki, Rusiya bölgədə sülh yaratmaqla imicini yaxşılaşdırsın. Qərb Rusiyanın imicinin ləkəli qalamsında maraqlıdır”.






Kainatb Şirin



Xalqinfop.az

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler