» » Hacı Məmmədovun arvadı azadlığa buraxılmayıb

Hacı Məmmədovun arvadı azadlığa buraxılmayıb

Bölmə: Xəbər
Hacı Məmmədovun arvadı azadlığa buraxılmayıb

Hacı Məmmədovun həyat yoldaşı Nailə Quliyevanın azadlığa buraxılması barədə məlumatlar həqiqəti əks etdirmir.

Xalqinfo.az bildirir ki"Qafqazinfo" xəbər verir ki, “Report”un hüquq-mühafizə orqanlarından əldə etdiyi məlumata görə, N.Quliyeva hazırda 4 saylı Cəzaçəkmə Müəssisəsində cəzasını çəkir.

N.Quliyevanın adı sonuncu amnistiya aktı tətbiq olunan məhbusların siyahısına düşməyib.

Xatırladaq ki, N.Quliyeva 2005-ci ilin martında keçmiş MTN-in “Qara Kəmər” əməliyyatı zamanı həbs edilən DİN-in sabiq baş əməliyyat müvəkkili Hacı Məmmədovun həyat yoldaşıdır. O, Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmənin hökmü ilə 13 il müddətinə azadlıqdan məhrum edilib. İyunun 15-də bəzi KİV-lər onun amnistiya aktı ilə azadlığa buraxılmasına dair məlumat yayıb.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler