» » Səbaildə möhtəşəm bayram tədbiri keçirilib-

Səbaildə möhtəşəm bayram tədbiri keçirilib- Fotolar

Bölmə: Xəbər
Səbaildə möhtəşəm bayram tədbiri keçirilib-

Milli Qurtuluş günü hər il olduğu kimi Səbail rayonunda geniş şəkildə qeyd olunmuşdur. Əlamətdar günlə əlaqədar Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə rayonun Badamdar qəsəbəsindəki Heydər Əliyev parkında möhtəşəm bayram konserti təşkil olunmuşdur.

Rayon İcra Hakimiyyətinden Xalqinfo.az-a bildirilib ki, Səbail Rayon rəhbərliyi, rayonun huquq-mühafizə orqanlarının elm, təhsil, mədəniyyət, səhiyyə və digər sahələrin, təsərrüfat və xidmət sahələri kollektivlərinin, Milli Məclis üzvlərinin, veteran və gənclər təşkilatının, din xadimlərinin, rayon ictimaiyyətinin nümayəndələrinin, KİV nümayəndələrinin və qəsəbə sakinlərinin iştirakı ilə keçirilən tədbirdə qeyd olunmuşdur ki, 1993-cü ildə yenicə müstəqilliyini qazanmış respublikamız dağılmaq, parçalanmaq təhlükəsi ilə üz-üzə durduğu bir vaxtda Ulu öndən Heydər Əliyevin səyləri, bacarığı, təcrübəsi sayəsində Azərbaycan dövlətçiliyi ona qarşı yönəlmiş qəsdlərdən uğurla çıxdı və bununla da 15 İyun - tariximizə Milli Qurtuluş Günü kimi daxil oldu.
Bildirilmişdir ki, Ulu öndər Heydər Əliyevin səyləri nəticəsində Azərbaycan öz müstəqilliyini və dövlətçiliyini qoruyub saxlaya bilmişdir. Heydər Əliyevdən sonra isə bu siyasəti möhtərəm Prezidentimiz cənab İlham Əliyev uğurla inkişaf etdirmiş, Azərbaycan daha da möhkəmlənmiş və qüdrətlənmişdir.
Azərbaycanın çoxillik tarixində yalnız iki dövlət xadimi ümumxalq lideri statusunu qazanmışdır. Bunlardan biri Azərbaycan xalqının Ümummimlli lideri Heydər Əliyevdir. Onun davamçısı Prezident İlham Əliyev isə ilk dəfə olaraq Dünya Azərbaycanlılarının əsl millət lideri kimi qəbul olunmuşdur.
Bayram tədbirində respubikanın xalq artisti Teymur Göyçayevin rəhbəri və baş dirijoru olduğu Qara Qarayev adına Dövlət Kamera Orkestrinin müşayəti ilə xalq artisti Azər Zeynalov, əməkdar artistlər Ramil Qasımov, Elnarə Abdullayeva, İlahə Əfəndiyeva, Beynəlxalq müsabiqələr laureatı, Prezident təqaüdçüsü Aytac Şıxəlizadə və Səbail rayonu 12 saylı Musiqi məktəbinin şagirdi Murad İbrahimovun ifasında tanınmış dünya və Azərbaycan klassik bəstəkarlarının əsərləri, xalq mahnıları səslənmiş, konsert iştirakçılarının çıxışları tədbir iştirakçılarının alqışları ilə qarşılanmışdır.
Bayram konsertinin sonunda əzəmətli atəşfəşanlıq keçirilmişdir.
Səbaildə möhtəşəm bayram tədbiri keçirilib-
Səbaildə möhtəşəm bayram tədbiri keçirilib-
Səbaildə möhtəşəm bayram tədbiri keçirilib-
Səbaildə möhtəşəm bayram tədbiri keçirilib-
Səbaildə möhtəşəm bayram tədbiri keçirilib-
Səbaildə möhtəşəm bayram tədbiri keçirilib-
Səbaildə möhtəşəm bayram tədbiri keçirilib-
Səbaildə möhtəşəm bayram tədbiri keçirilib-
Səbaildə möhtəşəm bayram tədbiri keçirilib-

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler