» » Bakıda “CaspianAgro 2016” sərgisi keçirilir

Bakıda “CaspianAgro 2016” sərgisi keçirilir

Bölmə: Xəbər, GÜNDƏM
Bakıda “CaspianAgro 2016” sərgisi keçirilirBu gün Bakıda “CaspianAgro 2016” sərgisi keçirilir

Xalqinfo.az Oxu.Az-a istinadən xəbər verir ki, “WorldFood Azerbaijan” və “CaspianAgro” sərgilərində dünyanın 34 ölkəsini təmsil edən 313 şirkət iştirak edir.

Bu ölkələr arasında Azərbaycan, Belarus, Almaniya, Hindistan, İspaniya, İtaliya, Qazaxıstan, Litva, Niderland, BƏƏ, Rusiya, Çexiya və digər ölkələr var.

Bu il kənd təsərrüfatı sektorunun müxtəlif sahələri üzrə məhsulların geniş çeşidini təqdim edən İtalyan şirkətləri böyük fəallıq göstərirlər. İştirakçıların 30%-i daha əvvəl sərgidə iştirak etməmiş şirkətlərdir.

Bu şirkətlərin yarısını isə ölkənin kənd təsərrüfatı bazarının inkişafı istiqamətində ilk addımlarını atan və öz məhsullarını ixrac etmək məqsəd ilə sərgidə özünə tərəfdaş axtaran yerli istehsalçılar təşkil edir.

Qeyd edək ki, sərgi mayın 21-dək davam edəcək.



Jalə Hüsynova



Xalqinfo.az

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler