» » Şeyx Böyük Britaniyaya gedəcək

Şeyx Böyük Britaniyaya gedəcək

Bölmə: Xəbər, MANŞET
Şeyx Böyük Britaniyaya gedəcəkQafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadə mayın 15-də Böyük Britaniyaya səfərə yola düşür. Səfər İngiltərənin "Faith Matters" təşkilatının dəvəti ilə həyata keçirilir.

Xalqinfo.az bildirir ki,İdarənin mətbuat xidmətindən İnterAz-a verilən məlumata görə, QMİ sədri mayın 16-da Londonda keçiriləcək dini icmaların konfransında iştirak edəcək. Konfrans "Faith Matters" təşkilatı tərəfindən Azərbaycanda elan olunmuş "Multikulturalizm ili" münasibətilə və Böyük Britaniyanın dini liderlərinə, ümumilikdə Britaniya ictimaiyyətinə dinlərarası münasibətlərin, sülh içində birlikdə yaşamağın və tolerantlığın Azərbaycan modelini təqdim etmək məqsədilə təşkil olunur.

A.Paşazadə ilə bərabər Londonda keçiriləcək konfransda Azərbaycanı ənənəvi dini konfessiya başçıları - Rus Pravoslav kilsəsinin Bakı və Azərbaycan yeparxiyasının arxiyepiskopu Aleksandr İşein və Dağ yəhudiləri icmasının başçısı Melih Yevdayev təmsil edəcəklər.

Londonda keçirilən konfransda Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri Kamal Abdullayev və Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin icraçı direktoru Azad Məmmədov da iştirak edəcəklər.

Böyük Britaniyada Azərbaycan nümayəndə heyətinin müxtəlif dini icmalarla, habelə tanınmış ictimai xadimlərlə görüşləri nəzərdə tutulur.




Jalə Hüseynova



Xalqinfo.az

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler