» » Nazirlik: Oteldə qalmaq üçün nikah şəhadətnaməsi tələb olunmur

Nazirlik: Oteldə qalmaq üçün nikah şəhadətnaməsi tələb olunmur

Bölmə: Xəbər
Nazirlik: Oteldə qalmaq üçün nikah şəhadətnaməsi tələb olunmurAzərbaycanın Mədəniyyət və Turizm Nazirliyi mehmanxanalarda gecələmək istəyən vətəndaşlardan nikah şəhadətnaməsinin tələb olunması ilə bağlı yaranan qalmaqallara münasibət bildirib.

Xalqinfo.az bildirir ki, Nazirlikdən Oxu.Az-a daxil olan məlumatda qeyd olunur ki, son zamanlar mehmanxana və mehmanxana tipli obyektlər tərəfindən mehmanxanada qeydiyyatdan keçərkən tələb olunan müvafiq sənədlərlə bağlı Mədəniyyət və Turizm Nazirliyinə şikayətlər daxil olub.

“Məlum olduğu kimi, mehmanxanada gecələmək üçün sənəd rəsmiləşdirilməsi beynəlxalq qaydalarına və təcrübəsinə əsasən hər bir vətəndaş xüsusi forma – gəliş vərəqəsini doldurur və orada öz şəxsiyyət vəsiqəsinə dair göstəricilərini: soyadı, ad, doğum tarixi, daimi yaşayış yerinin ünvanı və s. qeyd edir.

Həmin vərəqədə eyni zamanda mehmanxanada qalma qaydaları və rejimi də öz əksini tapır.

Sənədə atılan imza onu təsdiq edir ki, mehmanxanada gecələyən turist, xidmət qaydaları və qiymətləri ilə tanış olmuşdur.

Daha sonra vərəqədəki göstəricilər mehmanxananın qeydiyyat bankına daxil edilir və şəxsiyyəti təsdiq edən sənəd dərhal müştəriyə geri qaytarılır.

Əlavə olaraq bildiririk ki, mövcud qanunvericilikdə mehmanxanada qeydiyyatdan keçən zaman nigah haqqında şəhadətnamə tələb olunmur”, - deyə, nazirlikdən bəyan ediblər.




Jalə Hüseynova



Xalqinfo.az

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler