» » Şəhidin medalını ailəsi aldı

Şəhidin medalını ailəsi aldı

Bölmə: Xəbər, BLOK XƏBƏR
Şəhidin medalını ailəsi aldıSilahlı Qüvvələrimizin şəhid giziri Ruslan Qalib oğlu Ağayevin Azərbaycan prezidenti adından müdafiə naziri Zakir Həsənovun əmri ilə ölümündən sonra təltif edildiyi “Hərbi xidmətdə fərqlənməyə görə” 3-cü dərəcəli medalı mayın 8-də ailə üzvlərinə təqdim edilib.

Xalqinfo.az APA-ya istinadən bildirir ki, bu münasibətlə şəhidin doğulduğu Lerik rayonunun Pirasora kəndindəki orta məktəbin həyətində medalın təqdimolunma mərasimi keçirilib.

Mərasimdə Müdafiə Nazirliyinin nümayəndəsi, polkovnik Abdulla Qurbani, rayonun icra strukturlarının nümayəndələri, hərbi qulluqçular, həmçinin kənd sakinləri iştirak ediblər. Tədbirdə çıxış edənlər Vətən torpaqları uğrunda şəhid olmuş Ruslan Ağayevin daim xatirələrdə yaşayacağını, onun qısa, lakin mənalı ömür yolunun gələcək nəsillərə örnək olduğunu bildiriblər.

Daha sonra şəhidin layiq görüldüyü medal onun atasına təqdim olunub. Şəhidin atası Qalib Ağayev oğlunun xatirəsini əziz tutduqlarına, ailəsinə göstərilən qayğıya görə ölkə başçısına, rayon rəhbərliyinə və tədbir iştirakçılarına minnətdarlığını çatdırıb.

Qeyd edək ki, Qazax bölgəsindəki N saylı hərbi hissədə müddətdən artıq xidmət keçən Azərbaycan Ordusunun giziri, 1991-ci il təvəllüdlü R. Ağayev 2015-ci il avqustun 31-dən sentyabrın 1-nə keçən gecə döyüş postunda olarkən Ermənistan Silahlı Qüvvələrinin atəşkəsi pozması nəticəsində şəhid olub.


Jalə Hüseynova


Xalqinfo.az

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler