» » Qırıcılarımız səmaya qaldırıldı

Qırıcılarımız səmaya qaldırıldı

Bölmə: Xəbər, BLOK XƏBƏR
Qırıcılarımız səmaya qaldırıldı
Ötən gecə erməni kəşfiyyat-diversiya qrupunun növbəti dəfə postumuza basqın etməsindən sonra cəbhə xəttində vəziyyət gərginləşib.

Anspress-in bölgə müxbirinin məlumatına görə, saat 10:30-dan başlayaraq Azərbaycan Hərbi Hava Qüvvələrinə məxsus qırıcı təyyarələri cəbhə xəttində uçuşlar həyata keçirməyə başlayıb.

Cəbhə xəttində olan müxbirimizin məlumatına görə, arabir atəş səsi eşidilməsi nəzərə alınmazsa təmas xəttində nisbi sakitlik müşahidə olunur.

Qeyd edək ki, Erməni kəşfiyyat-diversiya qrupu növbəti dəfə postumuza basqın etməyə cəhd göstərib. Müdafiə Nazirliyindən ANS PRESS-ə verilən məlumata görə, mayın 27-də axşam saatlarında və 28-nə keçən gecə erməni kəşfiyyat-diversiya qrupu cəbhənin Füzuli rayonu ərazisində müdafiənin ön xəttində yerləşən mövqelərimizdəki postlardan birinə növbəti dəfə basqın etməyə cəhd göstərib.

Silahlı Qüvvələrimizin bölmələrinin əsgər və zabitlərinin göstərdiyi qəhrəmanlıq və igidlik nəticəsində düşmənin cəhdinin qarşısı qətiyyətlə alınıb. Düşmən itki verərək geri çəkilməyə məcbur edilib.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler