» » Fəzail Ağamalıdan Əkrəm Əylisliyə ağır ittiham

Fəzail Ağamalıdan Əkrəm Əylisliyə ağır ittiham

Bölmə: Xəbər
Fəzail Ağamalıdan Əkrəm Əylisliyə ağır ittiham

“Onun Zori Balayandan fərqi yoxdur”; Mehman Əliyev isə yazıçının müraciətində deyilənlərin real vəziyyəti əks etdirdiyini bildirir
Yazıçı Əkrəm Əylisli prezident İlham Əliyevə açıq məktub ünvanlayıb. O, müraciətində artıq bu ölkədə yaşaya bilmədiyini, həm özünün, həm də ailəsinin təzyiqlər üzləşdiyini qeyd edib. Ona qarşı xuliqanlıq maddəsi ilə açılan cinayət işinin isə tam əsassız və absurd olduğunu bildirib. Əkrəm Əylisli ölkə başçısından son hadisənin səbəbkarlarının cəzalandırılmasını istəyib. Eləcə də müəllifi olduğu “Daş yuxular” romanına görə ailə üzvlərinə qarşı təzyiqlərin qarşısının alınmasını xahiş edib.

“Yeni Müsavat” yazıçının müraciətinə ictimai rəyi öyrənməyə çalışıb.

Milli Məclisin üzvü, Ana Vətən Partiyasının sədri Fəzail Ağamalının sözlərinə görə, Əkrəm Əylisli özünün bədnam qələmi ilə Azərbaycan xalqına elə bir qara ləkə hopdurub ki, onun adı gələndə bundan sonrakı nəsillər də nifrət edəcəklər: “Onun Azərbaycanda yaşayaraq, özünü azərbaycanlı elan edərək, ölkənin imkanlarından bəhrələnərək ermənilərin yanında olması, vətəninə böhran atması nə qədər böyük şərəfsizlikdir. Ona görə də hər kəs öz taleyini yaşayır.

Mən hesab etmirəm ki, ona təzyiq edirlər, ya da sıxışdırırlar. Onun hava limanında etdiyi xuliqanlığa gəlincə, mən bilirəm ki, o çox emosional adamdır. Mən onu çox yaxşı tanıyıram, o, əsəbiləşərək istənilən hərəkəti edə bilər. Ancaq mən orada olmamışam və bilmirəm ki, Ə.Əylisli bunu edib, ya yox. Hesab edirəm ki, 75 yaşlı kişi əl qaldırmasa, kimisə təhqir etməsə ona cinayət işi açmazdılar, sadəcə, hava limanından geri qaytarardılar. Əməllərində hansısa satqınçılıq varsa, bununla bağlı onun xaricə çıxışı məhdudlaşdırıla bilərdi. Düşünürəm ki, onun əməllərində bundan sonra da Azərbaycana xəyanət motivləri var. Buna mənim heç şübhəm yoxdur. O xaricə getməklə, antimilli qüvvələrdən biri olacaqdı. Ona orada lüks hotellərdə qulluq edəcəkdilər. O da ölkə əleyhinə işləməkdə davam edəcəkdi. Onun sonuncu yazıları bunu deməyə əsas verir”.

F. Ağamalı hesab edir ki, Əkrəm Əylislinin bu müraciətində yer alan iddialar əsassızdır: “Deyirdi ki, Əylis kəndi onun üçün müqəddəs yerdir. Getsin o kənddə ömrünün sonuna kimi yaşasın. Allaha dua eləsin ki, Azərbaycan xalqı hər şeyə rəğmən ona bu şəraiti yaradır. Mən düşünürəm ki, onun ”Ocaq" əsərini yazan Zori Balayandan heç bir fərqi yoxdur".

“Turan” informasiya agentliyinin rəhbəri Mehman Əliyev isə Əkrəm əylisliyə qarşı Azərbaycanda təzyiqlər olduğunu təsdiqlədi: “Onun müraciətində deyilənlər real vəziyyəti əks etdirir. Martın 31-də onu hava limanında saxladılar və ölkədən çıxmağa qoymadılar. Cinayət işi açdılar. Əvvəlcə ölkədən çıxşına qadağa qoydular, üstündən 10 saat keçəndən sonra cinayət işi açıldı ki, xuliqanlıq edib. 6 dəfə əşyaları üzərində axtarış aparıblar. 15 sutka həbs ediblər. Ona görə də bu baş verənlər Əkrəm Əylisliyə münasibəti göstərir. Mən deməzdim ki, ona qarşı təzyiqlərin səbəbi təkcə ”Daş yuxular" romanıdır. Onun bir triologiyası var- “Nəhəng tıxac”. Mən hesab edirəm ki, təzyiqlər daha çox bu triologiya ilə bağlıdır. “Daş yuxular” da bunun bir hissəsidir. Bu əsərin bir hissəsi sovet dövrünə, bir hissəsi isə müstəqillik dövründəki siyasi proseslərə aiddir. Lakin heç kim bundan danışmır. Əslində problemi elə burada axtarmaq lazımdır".

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler