» » "Mənim üçün əsas and, Vətən andıdır"-

"Mənim üçün əsas and, Vətən andıdır"- Erməni olsa belə onun xəstəliyin müalicə edərəm.

Bölmə: Xəbər, SÖHBƏT
"Mənim üçün əsas and, Vətən andıdır"-
Azərbaycanın peşəkar uroloq -həkimi, Tibb elimləri doktoru , Əlimərdan Baxışov "Xalqinfoya"-ya müsahibə verib.
Həmin müsahibəni təqdim edirik.

Salam. Əlimərdan müəllim özünüz haqqında məlumat vermənizi xahiş edirik.Əlimərdan müəllim kimdir?

Çox sağolun .Mən Masallı rayonunda anadan olmuşam,ATU bitirmişəm,təqayütçü olmuşam.Rəhbərlik çox sağolsun mənim əziyyətimi qiymətləndiriblər.Mən Tibb Universitetində dərs deyirəm,həmidə Uroloq həkiməm uzun illərdi sənətimi davam etdirirəm.Əvvəl aspiranturanı bitirmişəm,rusiyada elimlər namizədi elmi derecəsin almışam,2008-ci ildə doktorluq dərəcəsin almışam. Bir məsələni də qeyd edim ki, mənim həyatımın əsas hissəsini tibb universitetinə bağlamışam ,tələbələrim var dərs deyirəm ,sağolsunlar mənim fəaliyyətimi dəyərləndirirlər.Xalqımız böyük xalqdır.

Əlimərdan müəllim neçə ildir bu sənətdəsiz?

Mən 1986-cı ildə universiteti təqayüdlə bitirmişəm, demək olar ki,30 ildir işləyirəm 50-dən artıq məqaləm var ,bir neçə kitab müəlifiyəm, indi də fəaliyyətimi davam etdirirəm.

Hal-hazırda Tibb Universitetində rəhbərliyin sizə münasibəti necədir?

Mən səmimi deyəcəm.Çox yaxşı nə demişəm həmişə diqqət görmüşəm.Sağolsun bu işdə hörmətli millət vəkili Əhliman müəllimin xidmətləri çox böyükdür.Həmişə razı qalmışam.
Azərbaycan gəncliyindən razısız?

Bilirsiniz çoxları deyir indiki gənclər oxumur ancaq mən bu fikirlə razı deyilə ,bizim çox savadlı gənclərimiz var .Mən dərs dediyim Tibb Universitetində elə tələbələr var adam heyran olur.Tələbələrimiz var ki, dörd-beş dil bilir. Təbii ki, oxumayan tələbələrimiz də mğvcuddur.Tələbələrimin bəziləri mənimlə çiyin-çiyinə işləyirlər çox yüksək savada,bacarığa malikdilər.Əslində dər dediyim tələbələr müasir texnologiyanı bizdən yaxşı bilirlər.Gənclik bizdən qabaqdadı gəlin bunu ehtiraf edək.
Azərbaycanda həkimlərə müəyyən qədər inamsızlıq var.İnsanlar nə üçün qonşu dövlətlərin həkiminə inanırlar?
Məsələn : Əməliyyata gedən İranı seçir.
Açıq deyək qonşu dövlətlərin həkimləri bizim vətəndaşlarımıza biznes kimi baxırlar.Pul almaq üçün böyük reklamları var.Mənim öz qohumum İrana getdi həkimlər ona elə bir vəziyyətə saldılar ki, 11 gün onun meyitin ala bilmirdik.Mən yad ölkə həminin qarşısında əməliyyata getmərəm.
Mənə bir dəfə sual verdilər ki,siz Hipokrat andı içmisiz .Cavam verdim kiŞ bu and bir mifdir,əsas vətən andıdır.Hipokratdan əvvəl hər bir insan vicdanlı olmalı və Vətənini sevməlidir.

Sizcə Azərbaycan həkimləri xəstəni müalicə edirlər yoxsa xəstəliyi?

Biz xəstəliyi müalicə edirik.Biraz bizim camaat həkimə gec müraciət edirlər,ölənə yaxın bu da artıq gec olur.Xaricə müalicəyə getmək bəzilərində vərdiş halın alıb.Küyə getmək lazım deyil.

Vətəndaşlar özəl xətəxanalara inanır yoxsa dövlət ?

Açıq deyəcəm dövlət klinikalarına etibar daha çoxdur.Maddi baxımnan da sərfəlidir .Özəl xəstəxanalarda daha çox xəstənin cibinə maraq göstərilir. Elə xəstə olur bizdə 2 ay yatır bu özəldə yata bilər? əlbətdə yox.çünki küllü miqdarda pul lazımdır.İstəsəniz burdan mənim xəstələrimlə əlaqə saxlaya bilərik.Bilik baxımından dövlət xəstəxanaları özəllərdən güclüdür.
Təbii otlarla müalicəyə necə baxırsız?

Xalq təbabəti var ancaq həkimi əvəz edə bilməz. Bizim məsləhət bildiyimiz dərmanlar otlardan hazırlanır.Anca emal edilir,ona görə xəstəyə daha effektli təsir göstərir.Mən türkə çarə yə qarşı olan adamam. Mən elə adam görmüşəm heyvanın ifzaratından dərman kimi istifadə edirlər.Belə şey olar?Bu biyabırçılıqdır.

Siz cərrah kimi əməliyyata başlayanda Allahın köməyin necə dəyərləndirisiz?
Məlumdur ki, Allah hər şeyə qadirdir.
Bilirsiniz gərək savadlı olasan. Bir savadsız cərrah əməliyyata girirsə Allah ona niyə kömək etsin? Təbbi ki, o xəstə öləcək.Allah o zaman kömək edir ki, həkim savadlıdır,işin bilir onda uca Allah kömək edir.Talantlı doğulmurur sonradan bunu qazanırıq oxumasan damarı necə bilərsən? Gərək orqanları tanıyasan ,çox çətidir.
Düşmənimiz ixtisasca həkim olan, Zori Balayan 3 yaşlı azərbaycanlı körpəni diri-diri soyur.Bunu ocaq kitabında da bildirir. Siz necə düşünürsün?

O, həkim deyil yırtıcıdı.Biz həkimlərdə o vəhşilik ola bilməz.Vicdanlı həkim öz ömrünü xəstəyə verməyə hazır olmalıdır. Milli mənsubiyyətindən aslı olmayaraq həkim, hər bir xəstəyə eyni gözlə baxmalıdır.İnan mən xəstə ermənini müalicə etməyə hazıram.Baxmayaraq düşmənimizdir gərək həkim vicdanlı olsun,xəstə xəstədir milliyətin bura adiyyatı yoxdur. Zori Balayan qarşım çıxsa mən onu öldürmərəm,onun başqa orqanların araşdıraram ki,bu necə canlıdır.Ermənilərin nə tarixi var ,nə də milli kökü.Bunların əsli bilinmir.Əsilsiz adamda Zori Balayandan artıq ola bilməz .Mənim üçün əsas and vətən andıdır.Zori Balayanın vətəni də yoxdur.Oralar hamısı bizim tarixi torpaqlarımızdır.

Deməli sizin üçün hipokrat andı əsas deyil?
Bəli hipokrat ikincidir.Mənim üçün əsas and vətən andıdır. Elə o hipokrat andı bir mif olduğu üçün ,Zori Balayanlar bildiyin edir.

Biz Vətən uğrunda ölməliyik yoxsa öldürməliyik?
İlk olaraq öldürməliyik,ölümə getmirik vətəni qorumağa gedirik.Ancaq şəhid olmaq.da böyük şərəfdir.

Yaşlı və gənc nəsil arasında rəqabət necə gedir?
İnanın bizdə mənəmlik yoxdu.Düzdür bəzi yaşlı nəsilin nümayəndələri gəncləri qısqanır.Soruşa da bilərsiz mən yerimi elə olur tələbələrə verirəm.Elə olur xalatımıda verirəm tələbəyə geyinir.

Biz yaxşıdı, yoxsa mən?
Hesab edirəm ki, inkişaf üçün biz daha güclüdür. Mən insanı tənəzzülə aparır.

Gələcəkdə səhiyyəmizi necə görürsüz?
Çox yaxşı . Hörmətli prezidentimiz İlham Əliyevin gördüyü işlər bizə daha da həvəsləndirir.Biz prezidentimizə minnətdarıq .

Sonda fikirlərinizi bilmək istəyirik.
Sizə uğurlar arzulayıram,Xalqımıza,millətimizə xoş günlərdaima işıq salsın.Bu dövlət əbədi yaşasın.sağolun.
"Mənim üçün əsas and, Vətən andıdır"-
"Mənim üçün əsas and, Vətən andıdır"-
"Mənim üçün əsas and, Vətən andıdır"-
"Mənim üçün əsas and, Vətən andıdır"-
"Mənim üçün əsas and, Vətən andıdır"-
Xalqinfo.az

Əlimərdan Baxışovun müəllifi olduğu kitablar.
"Mənim üçün əsas and, Vətən andıdır"-
"Mənim üçün əsas and, Vətən andıdır"-
"Mənim üçün əsas and, Vətən andıdır"-

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler