» » Müəmma nömrəli maşının sirri -

Müəmma nömrəli maşının sirri - “Edu Kak Xoçu”

Bölmə: Xəbər, BLOK XƏBƏR
Müəmma nömrəli maşının sirri -
Bakıda "erməni nömrəsi" ilə sürülən avtomobil barədə çox maraqlı fakt əldə etmişik.


Ötən gün saytımızda dərc olunan "Bakıda Ermənistan nömrəsi ilə Range Rover" başlıqlı xəbəri Milli.Az-da oxuyan azərbaycan əsilli Rusiya vətəndaşlarından biri saytın redaksiyası ilə əlaqə saxlayıb. Qeyd edib ki, bu cür seriyalı nömrələr adətən Moskvada "bespredellərə" (özbaşınalıq edən və heç kimlə hesablaşmayan adamlar) məxsus olur. Nömrə nişanındakı "E 001 KX" seriyaları rus dilində abbreviaturadır. EKX - "Yedu Kak Xoçu" (istədiyim kimi sürürəm) anlamına gəlir. 001 rəqəmi isə anladığınız qədər həmin şəxsin özünü birinci hesab etməsi ilə əlaqədardır.

Bu cür nömrə nişanlı avtomobillərin sahiblərinin Moskvada hər hansı özbaşınalıq etməsi, silahla gəzməsi, bəzən də sayrışan işıqlardan istifadə edərək nəqliyyatın hərəkətini pozması adi bir hala çevrilib. Həmin şəxslərin yüksək vəzifələrdə qohumları olduğu üçün və ya "oğru dünyası ilə bağlantıları olduğu üçün polis onların özbaşınalıqlarına müdaxilə edə bilmir.

Bu cür şəxslər bəzən Dnestryanı separatçı bölgəsində qeydiyyatdan keçən avtomobillərdən də istifadə edirlər.

Maraqlıdır, görəsən, həmin "bespredeli" Bakıya gətirən səbəb nədir?

Əldə etdiyimiz digər məlumata görə isə avtomobil İon Predia adlı Moldova vətəndaşının adında qeydiyyatdadır.

Ötən gün Bakıda Ermənistan nömrəsi ilə maşın peyda olduğu xəbəri yayılmışdı. E 001 KX nömrəli "Range Rover"in fotosunu Milli.Az-a Kənan adlı oxucu göndərmişdi. Şəkillərdən avtomobilin nömrə nişanında əks olunan bayraq Ermənistan dövlətinin bayrağına bənzədiyindən şəhər sakinləri həmin avtomobilin Ermənistanda qeydiyyatdan keçdiyini güman edirdilər.


Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler