» » Əkrəm Əylisli aeroportda saxlanıldı

Əkrəm Əylisli aeroportda saxlanıldı

Bölmə: Xəbər
Əkrəm Əylisli aeroportda saxlanıldı
Yazıçı Əkrəm Əylisli bu gün səhər Bakı aeroportunda saxlanılıb.

“Qafqazinfo” xəbər verir ki, həyat yoldaşı Qalina Əylislinin “Turan” Agentliyinə bildirdiyinə görə, yazıçıya ölkədən çıxışına qadağa qoyulduğu deyilib. Amma bu qadağanın nə ilə bağlı olduğu bildirilməyib.

N.Əylisinin dediyinə görə, Ə.Əylisli böyük oğlu İlyas Əylisli ilə birgə Nəqliyyatda Baş polis İdarəsinin aeroportdakı bölməsində saxlanılır. Saat 9:00-dan bölmədə olan yazıçı və oğlu hələ də buraxılmayıb.

Əkrəm Əylisli saat 5:11-də 613 saylı reyslə uçmalı imiş. O, Venesiyada martın 30 – aprelin 2 müddətində keçirilən “Incroci Di Civilta” Beynalxalq ədəbiyyat festifalında iştirak etmək üçün ölkədən çıxırdı.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler