» » İşdən qovulan bank işçiləri taksi sürməyə keçiblər

İşdən qovulan bank işçiləri taksi sürməyə keçiblər

Bölmə: Xəbər
İşdən qovulan bank işçiləri taksi sürməyə keçiblər

Bakıda taksi sürücüsü olmaq istəyənlər sayı kəskin artıb.

Xalqinfo.az xəbər verir ki,bunu fins.az-a açıqlamasında taksi kirayəsi ilə məşğul olan firmanın rəhbəri Nazim Bəkdəmirov bildirib.

Onun sözlərinə görə, ötən il şirkəti taksi sürücüləri axtarırdı və bunun üçün mütəmadi olaraq elanlar vermək lazım gəlirdi. İndi isə artıq buna ehtiyac qalmayıb. Manatın 2-ci dəfə ucuzlaşmasından sonra taksi sürücü işləmək istəyənlərin sayı dəfələrlə artıb. İndi bu barədə şirkətə ayda 140-150 müraciət edilir.

Amma şirkət müraciət edənlərin hamısını işə qəbul etmir. Təqriən hər 20 nəfərdən yalnız biri taksi sürücüsü kimi işləyə bilir. Yəni hər 150 nəfərədən yalnız 7-10 nəfəri işə qəbul edilir:

”Sürücülərdən 500 manat depozit alınır. Yol polisi tərəfindən yazılan cərimə və MMX-lar bu məbləğdən ödənilir. Planı yerinə yetirməyən və qəza törədəndən sonra azadolma məbləğini ödəməyən sürücülər işdən azad olunur”.

N. Bəkdəmirov bildirib ki, işləmək üçün müraciət edənlər arasında köhnə taksi sürücülərindən tutmuş, universiteti fərqlənmə diplomu ilə bitirən, hətta magistratura təhsili almış şəxslər də var. Manatın ucuzlaşmasından sonra işdən çıxarılan müdir sürücüləri də taksi sürmək üçün müraciət edirlər. Belə şəxslər taksi sürücüləri arasında ən intizamlı və nümunəvi sürücülərdir:

“Plan vaxtında yerinə yetirilməklə yanaşı, qayda pozuntularına da yol verilmir”.

Onun sözlərinə görə, bağlanan iş yerləri taksi işləmək üçün təklifləri xeyli artırıb. Məsələn, son dövrdə bağlanan bankların işçiləri sürücü işləmək üçün bizə müraciət edirlər:

“İş tapa bilməyən bank işçiləri hətta taksi sürməkdən də çəkinmirlər”.

Əvvəllər avtomobili olan hətta 30 il taksi sürücüsü işləyən şəxslər də firmaya müraciət edib avtomobil götürürlər.

N.Bəkdəmirovun sözlərinə görə, belələri avtomobilini kreditlə alan, banka borcu olduğu üçün avtomobilini satmağa məcbur olan vətəndaşlardır. Belə işçilər taksi sürücüsü kimi təcrübəsinin çox olmasına baxmayaraq ən intizamsız sürücülərdir.

N.Bəkdəmirov bildirib ki, əhalinin gəlirlərinin azalması taksilərin timsalında da özünü göstərir. Belə ki, hətta bahalı avtomobil sahibləri də taksi sürməyə başlayıb: “Bakıda “Jeep”, “Lexus” və digər bahalı avtomobillərin üstündə də “taksi” yazısına rast gəlmək olar”. Bəzi hallarda bahalı maşınları kreditlə alanlar, amma işsiz qaldıqlarına görə, krediti qaytara bilməyən şəxslər də taksi fəaliyyəti göstərməyə başlayıblar.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler