» » Keçmiş icra başçısı vəfat etdi

Keçmiş icra başçısı vəfat etdi

Bölmə: Xəbər, MANŞET
Keçmiş icra başçısı vəfat etdi
Tərtər Özünümüdafiə Batalyonunun sabiq komandanı, Tərtər rayonunun icra başçısı olmuş Sərdar Həmidov dünyasını dəyişib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə müsavat.com-a onun yaxınları məlumat verib.

Bir neçə gün öncə halı qəfildən pisləşdiyi üçün ağır vəziyyətdə 1 saylı Mərkəzi Kliniki Xəstəxanaya ("Semaşko"-red.) yerləşdirilən S.Həmidov bu gün axşam saatlarında dünyasını dəyişib.

Qeyd edək ki, S.Həmidov birinci Qarabağ savaşında bir neçə güllə yarası alıb, ağciyərinin bir payını itirib. Uzun illərdir o, yuxarı tənəffüs yolları xəstəliyindən, hipertoniyadan, diabetdən əziyyət çəkirdi.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler