» » Tovuzu su basdı

Tovuzu su basdı

Bölmə: Xəbər
Tovuzu su basdı
Hazırda Tovuzun kəndlərində güclü sel və daşqınlar müşahidə olunur.


“XALQINFO” anspress-ə istinadən xəbər verir ki, bir saata yaxındır ki, rayonun Qovlar qəsəbəsinə, İbrahimhacılı, Yanıxlı, Aşağı Eyyublu, Köhnəqala və Məşədilər kəndlərinə şiddətli yağış yağır.

Şimşək və ildırımla müşahidə olunan yağış adları çəkilən kəndlərdə sel daşqınlarının yaranmasına səbəb olub.

Kəndlərdə olan çaylar daşaraq insanların evlərinə daxil olub. Sakinlərin bildirdiklərinə görə sel dağda olan mal-qaranı da ağuşuna alıb.

Hadisə zamanı kənd sakinlərinin xəsarət alması barəsində məlumat verilmir.

Rayonun kəndlərinə elektrik enerjisinnin verilməsi dayandırılıb.

Hazırda sel davam edir.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler