» » Polisə tabe olmayan qadın sürücü həbs edilib

Polisə tabe olmayan qadın sürücü həbs edilib

Bölmə: Xəbər, MANŞET
Polisə tabe olmayan qadın sürücü həbs edilib

Fevralın 23-nə keçən gecə Bakıda yol polisi əməkdaşlarının əmrinə tabe olmayan qadın sürücü barəsində məhkəmə qərarı çıxarılıb. Modern.az saytı xəbər verir ki, fevralın 24-də Viktoriya Vlasovanın işi Səbail rayon məhkəməsinə göndərilib. Məhkəmədə qadın sürücü barəsində 3 gün müddətinə inzibati həbs qərarı çıxarılıb və o, müvəqqəti saxlama yerinə göndərilib.

Bundan başqa, Viktoriya Vlasovanın sürücülük hüququ da 1 il müddətinə məhdudlaşdırılıb. O, məhkəmədə verdiyi ifadəsində törətdiyi əməli etiraf edərək peşman olduğunu bildirib.

Qeyd edək ki, YPX əməkdaşlarının “Saxla!” əmrinə tabe olmayan Viktoriya Vlasovanın idarə etdiyi “Hyundai” markalı avtomobil yaradılan süni tıxac nəticəsində saxlanılıb. İlkin araşdırma nəticəsində məlum olub ki, onun idarə etdiyi avtomobil cərmə borcuna və yol-nəqliyyat hadisəsi törədərək qaçdığına görə axtarışa verilib. Sənədlərini polis əməkdaşlarıına təqdim etməyən Viktoriya Vlasova avtomobilin qapılarını bağlayaraq, düşməkdən imtina edib. Uzun çəkən danışıqlardan sonra avtomobil surücüsü içəridə ola-ola evakuatora mindirilib və cərimə meydançasına aparılıb. Sonradan sürücünün avtomobili sərxoş vəziyyətdə idarə etdiyi də məlum olub.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler