» » Azərbaycanda əsir saxlanılmış Xocayan Ermənistanda öldü

Azərbaycanda əsir saxlanılmış Xocayan Ermənistanda öldü

Bölmə: Xəbər
Azərbaycanda əsir saxlanılmış Xocayan Ermənistanda öldü
Azərbaycanda bir aya yaxın əsirlikdə olan Mamikon Xocayan 77 yaşında Ermənistanda dünyasını dəyişib.


“Xalqinfo” Musavat.com-a istinadən xəbər verir ki, o ailəsi Xocayanın ölümündə Azərbaycan tərəfini günahlandırır. Ailə üzvlərinin sözlərinə görə, 77 yaşlı kişi qəfildən ölüb. Müstəntiqlər Mamikon Xocayanın cəsədini ekspertiza üçün İrəvana aparacaqlar.

Xatırladaq ki, yanvarın 28-də Tovuz rayonunun Əlibəyli kəndi ərazisində saxlanılan Ermənistan vətəndaşı, 1937-ci il təvəllüdlü Xocayan Mamikon Tiqranoviç martın 4-də Qazax rayonunun Bala Cəfərli kəndi istiqamətində, qoşunların təmas xəttində qarşı tərəfə qaytarılıb. Azərbaycan Müdafiə Nazirliyi Xocayanın silahlı və əraziyə keçən erməni diversiya qrupunun bələdçisi olduğunu açıqlayıb.


Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler