» » Azərbaycanlı qız “İşte benim stilim”də -

Azərbaycanlı qız “İşte benim stilim”də - Verilişə davayla başladı

Bölmə: Xəbər
Azərbaycanlı qız “İşte benim stilim”də -

TV 8-də yayımlanan “İşte benim stilim” dəb müsabiqəsinə daha bir azərbaycanlı qatılıb.

“Xalqinfo”nun məlumatına görə, Ayşən Ocaqverdiyeva 5 ildir Türkiyədə yaşadığını, burada təhsil aldığını vurğulayıb:

“Təhsilimi yeni bitirmişəm. İşləmirəm, 5 ildir ki, İstanbuldayam. İndi sevdiyim bir işi etmək istəyirəm, butik açmaq fikrindəyəm. Modaya marağım var”.

Elə ilk verilişdə azərbaycanlı iştirakçı ilə Bahar arasında kiçik qalmaqal yaşanıb. Ayşən verilişdə kinayəli şəkildə Baharı çox sevdiyini, ona hədiyyə gətirdiyini bildirib. Aparıcı Öykü Serter isə Ayşənin gətirdiyi güzgü və salfetkadan ibarət hədiyyəni Bahara təqdim edib.

Dahga sonra Ayşən niyə bu hədiyyəni seçdiyini açıqlayıb. O, Baharın dodaq boyasının çox olduğunu, güzgüyə baxaraq dodaq boyasının azaltmasını məsləhət görüb.

Münsif kürsüsündə əyləşən Hakan Akkaya, İvana Sert və Nur Yerlitaş Ayşənin geyim tərzini bəyənərək müsabiqəyə qəbul ediblər.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler